Gözümüz aydın. Mən də deyirəm bu Əli Kərilmli niyə çoxdandır gözümə dəymir? Demə kişinin oğlu məni bütün platformalarda blok edibmiş. Adam haqda 1-2 yazı yazmışam, o da ki, söyüşsüz-təhqirsiz filan, tab gətirməyib. İndi girib başqa yerdən səhifəsinə baxıram. Bir çıxışı seçkidən iki gün əvvəl olub. Dedim yəqin milləti aktiv baykota filana səsləyəcək zad. Amma baxıram ki, deyir ki bəs "Azərbaycanda seçki-filan yoxdur. Seçkiyə getməyin". İndi adama sual verirəm: bəs Azərbaycanda müxalifət var? Özünü "müxalifətin maması" elan etməklə deyil e. Sənin kimi müxalifəti olan ölkənin seçkisi də elə belə olur da. Sən öz partiyan daxilində adi sədr seçkisi keçırə bilmirsən. Artıq neçənci dəfədir ki, öz namizədliyini alternativsiz irəli sürüb, özünü yekdilliklə sədr edirsən. Bundan sonra sənin kimdənsə demokratik seçki keçirməyə mənəvi haqqın çatırmı?
***
Hər kəlmənin əvvəlində Gürcüstan xalqını millətin gözünə soxursan, nümunə gətirirsən. Sual edirəm nədən gürcü müxalifətini nümunə gətirə bilmirsən ki, nə həbsdən, nə də ki, ölümdən qorxmayıb irəli çıxırlar. Xalq da öz liderlərinə baxıb onun ardınca gedir. Amma sən 10 ildir ki, oturubsan "internetsiz" evində. Bütün günü bloggerlik, tik-tokerliklə məşğul olursan. Özün yazıb, özün də saxta profillərinlə layk edirsən. Millətə açıq-aşkar deyirsən ki, "ey xalq, özün çıx meydanlara, hakimiyyəti devir; sonra da gəl məni al belinə, apar qoy hakimiyyətin başına". İki gündən bir də Qənimətə qabaqcadan göndərdiyin sualları cavablayıb müsahibə verirsən. Belə müxalifətçilikmi olur? Millət də görür ki, özün burada, ailən də Londonda, Amerikada kefindədir; sənin kimi qorxağın, iradəsiz birisinin arxasıncamı gedəcək? Xalxın uşaqlarına min bir yalan vəd verib sonunda həbsxanaya yollayırsan. Sonra da adlarını "siyasi dustaq" qoyub guya ki, müdafiəsini təşkil etmək adıyla xaricdən qrantlar alıb özün üçün xərcləyirsən. Heçmi vicdanın sızıldamır? Bir çoxlarına da saxta “spravka” verib siyasi mühacir adıyla xarıcə göndərirsən. Ki, get ordan gözünü yumub ağzını aç. Söyüşün-təhqirin biri bir qəpikdən xırdala getsin.
***
Bu gün Avropadkı Tural Sadıxlı, Məhəmməd Mirzəli kimilər sənin "sənət əsərlərindir". Onlar məhz sənin dirijor çubuğunla oturub-dururlar. Adamlar sənin sayəndə rəsmən Azərbaycana düşmən dairələrə satılaraq Vətən xaininə çevriliblər. Vətənə xəyanət isə bağışlanmır. Bu adamların hansı əxlaq və mənəviyyata sahib olmaları göz önündədir. Adam sadalayıb dilinə gətirməyə belə iyrənir. 300 avroya görə biri-birinə hansı söyüşləri eləmədilər? Amma sonradan Azərbaycandakı korrupsiyadan, rüşvətdən danışırlar. Sən bu adamlarlamı, bu taktikaylamı hakimiyyətə gəlmək istəyirsən? Bununla da özün-özünü "Ana müxalifət" adlandırırsan. Özündən başqa bir kimsənin irəli çıxmasına imkan vermirsən. Məhz sənin tapşırığınla Tural Sadıqlı Avropadakıların yaratdığı "Xalq Parlamenti"ni parçaladı. Onun bir güc olaraq ortaya çıxmasına imkan vermədi. Ona görə də insanlar səndən iyrənir, səndən uzaq gəzir. Baxıram, son mürüciətində xalqa, daha doğrusu kütləyə üz tutub deyirsən ki: “gəlin, Xalq cəbhəsinə üzv olun. Sayımız 100 min, milyonlar olandan sonra bu hakimiyyət qarşımızda tab gətirməyib gedəcək”.
***
Bundan sonra bu müraciətinin altında yazılan kommentləri oxuyuram. Sənə sual verirlər: “Sən bu hakimiyyətdən evinə internet, partiyana ofis, özünə bir pasport ala bimirsən. İqtidarımı alacan?”. Maraqlı sualdır. Deyilmi?
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00