ABŞ-də iri şirkətlərin iflası son illərin ən yüksək səviyyəsinə çatıb.
protest.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında ölkədə 372 iri şirkət müflis olduğunu elan edib. Bu, son 16 ilin ilk yarımilliyi üzrə ən yüksək göstərici kimi qiymətləndirilir.
Məlumata görə, bu, artıq ardıcıl dördüncü ildir ki, ilin ilk altı ayında korporativ iflasların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə artır.
Diqqət çəkən məqamlardan biri də odur ki, bu ilin ilk altı ayındakı iflasların sayı 2022-ci ilin bütün ili ərzində qeydə alınan 317 şirkətlik göstəricini də geridə qoyub.
Statistikaya əsasən, may və iyun aylarının hər birində 72 şirkət müflislik üçün müraciət edib. Bu göstərici 2020-ci ilin iyul ayından bəri qeydə alınan üçüncü ən yüksək aylıq nəticə hesab olunur.
Ən çox iflas sənaye sektorunda qeydə alınıb. Belə ki, ilin əvvəlindən 50 sənaye müəssisəsi fəaliyyətini dayandırıb.
Siyahıda ikinci yerdə istehlak malları və xidmətləri sektoru qərarlaşıb. Bu sahədə 35 şirkət, səhiyyə sektorunda isə 26 şirkət müflis olub.
İqtisadçılar bildirirlər ki, yüksək faiz dərəcələri, kredit yükünün artması, istehlak xərclərinin zəifləməsi və iqtisadi qeyri-müəyyənlik ABŞ-də iri şirkətlərin maliyyə vəziyyətinə ciddi təsir göstərməkdə davam edir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
18-07-2026, 18:00