Lisey və gimnaziyalara sənəd verənlərin nəzərinə! - Nəticələr açıqlandı

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.
Bu barədə protest.az-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.
Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.
Lisey və gimnaziyaların keçid balları:

MÜƏSSİSƏ ADLARIAzərbaycan bölməsiRus bölməsi
Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya10 
Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey10,88 
Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası18,63 
Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi25,1313,13
Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi20,8810
Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi19,6318,75
Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey18,1310
Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya30 
Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası30,5 
Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya27,5 
Bakı şəhəri texniki-humanitar lisey25,8810
Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey10 
Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey21,5 
Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey12,75 
Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi43,13 
'Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey' publik hüquqi şəxsi35,38 
Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya21,75 
Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey18 
İsmayıllı şəhəri internat tipli “Talıstan“ liseyi10 
Kimya və biologiya təmayüllü respublika liseyi36,5 
Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey14,38 
Masallı şəhəri 'Dəfinə' texniki-riyaziyyat təmayüllü lisey10 
Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey10 
Naxçıvan Qızlar liseyi M.M.C10 
Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey16,25 
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey10,5 
Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey26,88 
Rəqəmsal Biliklər Liseyi54,13 
Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey10,38 
Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey11,25 
Şəki şəhəri kimya və biologiya təmayüllü lisey27,25 
Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey24,25 
Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey17,88 
Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey20,13 
Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü 'İstedad' liseyi24,5 
Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi24 
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya35,13 
Sumqayıt şəhəri 'Təfəkkür' liseyi21,7510
Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey1012,75
Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey15,25

Çox oxunanlar