İndi bu futbol sənin harana yaraşırdı ay gic müsəlman, ay, səy ərəb? Özün-özünü biabır etməyəmi? O meydançadakı 11 nəfər rəzil günə düşmüş oyunçuya, yazığım gəldi; oyun boyu bir gözləri saatda idi ki- görəsən bu cəhənnəm nə vaxt bitəcək? Təxminən 10 gün idi ki, dövriyyəyə belə bir şayiə buraxılmışdı ki, bəs guya Ekvadorun 5 oyunçusuna 7 milyon dollar verilib ki, Qətərə 0-1 uduzsunlar. Belə baxanda Ekvador millisinə deyəsən doğrudan da pul verilmişdi. Amma uduzmaq üçün deyil, Qətərə azından 6-7 qol vurmamaq üçün. ***
Pulun çox olmasıyla deyil ki.. Qurban olduğum bu müsəlmana gərək idi ki, bir azca ağıl da göndərəydi. Amma neyləməli ki, hətta elçi kimi göndərdiyi Məhəmməd belə bu bədəviləri əhilləşdirə bilmədi. İndi hamını bir sual maraqlandırır ki, bu futbol ölkəsi olmayan Qətərə DÇ keçırmək nəyinə lazım idi? Belə götürəndə heç nəyinə. Sadəcə pulun çoxluğundan yaranan nadanlıq, harınlıq, qudurğanlıq-ayrı heç nə.
***
220 MİLYARD DOLLAR E , A KİŞİNİN OĞLU. Tüstüm təpəmdən çıxır. Son-Rusiyada 2018-də keçirilən DÇ-na xərclənəndən 20 dəfə çox pul xərclənib bu yarışmaya. Təsəvvür edirsiz bu nə deməkdir? Sənin 4 bir tərəfin aclıq-səfalət olsun, Afrikanın səhralarında milyonlarca insan ibtidai-icma quruluşundakı kimi yaşasın, əl-üzünü inək sidiyi ilə yusun, dəvə peyinindən özünə yaşayış koması düzəltsin..amma sən mırta 220 milyard dollar pul xərclə. O pula Afrikada nə qədər artezian, məktəb nədi?.. qəsəbələr, şəhərlər salmaq olardı. Dağılsın da bu dünya, dağılsın. Həmin əxilərə desən ki, "gəl Qarabağda şəhərdən-rayondan birini də sən bərpa elə" deyəcək ki, uzaq başı bir məscid tikərəm, o da axundu Vəhabi olmaq şərtiylə.
***Dərd də orasındadır ki, bu səviyyədə çempionat təşkil elə, sonunda da hamı sənə rişxənd eləsin, tənə ilə yanaşsın. Peyğəmbərimiz demişdi axı " mən ərəbəm, amma ərəb məndən deyil".Qurban olum sənə, ay Allah. Bir vaxtlar bir dəvənin ölümünü özünə dərd edən ərəb indi haralara gəlib çıxdı...
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00