İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor sosial şəbəkədə yeni paylaşım edərək, abunəçiləri ilə son şəklini paylaşıb.
İrlandiyalı döyüşçü fotonun altına "Saqqal getdi, balam, çörək isə yox" yazısı qoydu. Makqreqor əvvəllər saqqal saxlayıb.
Konorun son döyüşü ötən il iyulun 10-da qarışıq döyüş növləri üzrə UFC 264 turnirində olub. Əsas döyüşdə Makqreqor yüngül çəkidə keçmiş müvəqqəti promoşn çempionu Dastin Porye ilə qarşılaşıb. Porye ilk raundda Makqreqorun ayağını sındırdıqdan sonra qalib gəlib. O vaxtdan bəri irlandiyalı idman zalında məşqlərə keçərək, döyüşlərdə iştirak etmir.
Amma gün keçmir ki, bədnam irlandiyalı sosial şəbəkələrdə UFC-yə tezliklə qayıdışı ilə bağlı daha bir yazı yaymasın. Konor digər döyüşçülərə sataşır, geri qayıdaraq yolunda olan hər kəsi və hər şeyi cıracağı ilə hədələyir. Lakin bütün bunlar boş söhbətlərdir - daha çox pul qazanmaq üçün işlədilən hiylə.Bütün ili Makqreqor boş-boşuna keçirb. O, özünü həyatın bütün ləzzətlərindən dadmağa çəkindirmir, çox yeyib-içdi ... Amma eyni zamanda o, əla formada qaldı ki, döyüşçünün son fotoşəkilləri bunu aydın şəkildə nümayiş etdirir. O, müxtəlif ictimai tədbirlərdə fəal iştirak edir, orada köynəksiz görünməyə və əzələli bədənini mətbuata nümayiş etdirir. Belə görünür ki, steroidlər olmadan belə bir nəticə əldə etmək sadəcə mümkün deyil.Əvvəl ABŞ-ın Antidopinq Agentliyi, Konorun 2022-ci ildə bir dəfə də olsa dopinq testindən keçmədiyini rəsmi olaraq açıqladı. Daha sonra UFC prezidenti Dana Uayt bu məlumatı təsdiqlədi, lakin Makqreqorun ABŞ-ın antidopinq testini keçməli olan idmançıların siyahısına daxil edilmədiyini əlavə etdi. UFC bayrağı altında yenidən yarışmağa hazırlaşan idmançının niyə müvafiq nəzarətdən keçməməsi məsələsi böyük sual yaradır.Bu ərəfədə məlum oldu ki, Konor UFC-yə qayıtmaq üçün altı aylıq dopinq testindən keçməli və ən azı iki mənfi test verməlidir. Makqreqorun bunu edə biləcəyi şübhəli bir məsələdir!
Eyni zamanda, Konor səkkizbucaqlıya qayıtmağa hazır olduğunu bəyan edir. O, məcburi dopinq testi ilə bağlı xəbərlərə bilərəkdən sakit reaksiya verərək, social şəbəkələrdə belə bir elan verib: “Qəfəsə atılıb, milyonlarla dollar müqabilində insanları döyməyə hazırlaşıram. Çox asan bir iş yeridir".
Hay-küy yaradaraq, Konor kütləyə işləyir, və eyni zamanda özü uğrunda mübarizə yaratmağa çalışır. O, boks promouterlərinin marağını oyatmağa çalışaraq, “yağlı müqavilə” əldə etməyi çox istəyir. Və Makqreqor çox yaxşı bilir ki, UFC-yə qayıtmayacaq. Hazırda onun üçün idman zalında gecə-gündüz ağır zəhmət çəkərək, yüngül çəkidə lider mövqelərə qayıtmağa çalışmaqdansa, boks qaydalarına uyğun bir döyüş keçirib, cekpotu vurmaq daha sərfəlidir. Və onun dopinq testlərindən keçəcəyinə zəmanət yoxdur. Buna görə də irlandiyalı tibbi yoxlamalara göz yumacaq bir təşkilatla müqavilə bağlamağa çalışacaq.
Toğrul Bağırov
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00