Dünən mətbuatda xəbər yayildı ki, bəs artıq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət etmək üçün COVID-19-a dair test və yaxud vaksin sertifikatı tələb olunmur. Ən maraqlısı isə bu idi ki, məlumat TƏBİB deyil, "Azal" tərəfindən yayilmışdı. Bu xəbəri qısa müddətə kənara qoyaq və keçək necə deyərlər "sözümüzün mustafasına". Yaxın oturun: " Bakı- Gəncə" surət qatarı barədə danışacam.
***
Ilk olaraq onu deyim ki, Sürət qatarı biz tərəflərə bir qədər gec - 2018-ci ildə gəlib çıxdı. Belə ki, qonşu Gürcüstanda bu 2016, uzaq Özbəkistanda isə 2003-cü ildən istismara verilib. Bizdə biletin ilkin qiymət "Standart yer"lər üçün 10 man, qatarın hərəkət müddəti isə 367 km üçün 4.5 saat idi ki, bu da haqlı olaraq bir qədər ironiyaya səbəb olmuşdu. Pandemiya dövründə fəaliyyətini donduran qatar, sonradan fərqli qiymət və sürətlə yenidən hərəkətə başladı. Bu dəfə qiymət artırılsa da (10-20 man), hərəkət müddəti 4.5 saatdan 3.15-ə enirilmişdi. Sonradan bilet qiymətinin baha olması səbəbindən sərnişin sayı aşağı düşdüyünə görə biletlər 15 manata endirildi. ***
Çox da xırdalıqlarına varmadan qısaca onu deyim ki, Özbəkistan və Gürcüstanla müqayisədə bilet qiymətində əhəmiyyətli fərq olmasa da, sürət məsələsi çox fərqlidir. Belə ki, Özbəkistanın "Əfrasiyab " qatarı yol boyu 160-250 km/saat hərəkət edirsə və biz də buna qibtə ediriksə, "Tibiisi-Batumi" qatarınında vəziyyət bir qədər fərqlidir-onun hərəkət vaxtı orta sürəti 75 km/saatdır ki, bununla da özümüzə təskinlik tapa bilərik. Belə ki, "bizimki"nin orta sürəti 106-110 km/saatdı. Məlumat üçün deyim ki, hazırda bir sıra ölkələrdə sürəti 600 km/saat olan qatarlar fəaliyyət göstərir. Və bu gün dünya alimləri artıq 6000-8000 !!! km/saatla hərəkət edə biləcək qatarların üzərində işləyirlər. Qayıdaq yenə də özümüzə.
***
Bu yaxınlarda üzun fasilədən sonra yenidən üz tutdum "Baki- Gəncə"yə. İnsaf naminə desək, "Dəmir Yolu"nun istər 1822 "Qaynar Xətti", istərsə də kassalarında çalışan personalı, müştəri ilə kifayət qədər mehriban və nəzakətlə davranırlar. Xanım bələdçiləri də bu siyahıya əlavə etmək olar. Bu baxımdan hər şey əladı. Ancaq bəzi xırdalıqlar da var ki, bütün bunlara gölgə salmış olur. Məsələn yazının girişində qeyd etdiyim COVİD pasportu. Artıq heç yerdə bu sənəd tələb olunmadığı halda DY kassalarında vaksin pasportu olmayanlara bilet satılmır. Təsəvvür edin ki, son məqamda özünü vağzala çatdırıb bilet almaq istəyən şəxsə bildirilir ki, bəs ailə üzvlərindən hansınınsa COVİD pasportu olmadığına görə ona bilet sata bilmirik. Absurddur deyilmi? Axı ən azından əvvəlcədən də deyilmişdi ki, vaksinasiya könüllüdür-məcburi deyil. Digər tərəfdən də "heç hənanın yeri və ya vaxtıdırmı?" ***
Və yaxud da vaqonlarda artıq 2 ilə yaxındır ki, "Wi-Fi" sistemi işləmir ki, bu da xüsusən də indiki zamanda uzaq səfərə gedən adam üçün nə qədər diskomfort yaradır. Qatarın açılış təqdimatında isə sərnişinlərə "Wi-Fi" və hətta "təzə mətbuat"la təmin olunacağı bildirilmişdi. Amma indi heç biri yoxdu. Vaqonun bir küncündə gözümə yalnız "Nərgiz" jurnalının köhnəlmiş bir dəsti sataşdı ki, onun da 4 il əvvəl-açılış vaxtından qalma olduğu aydın sezilirdi. Ümumilikdə isə bu qəbildən olan xırda-para çatışmamazlıqları nəzərə almasaq Sürət qatarı həqiqətən də rahat və sərfəlidir. Oturacaqlar rahat və müasir dizaynlıdır. Səfər boyu relslərdən gələn klassik "tak-tuk" səslərənin olmaması ümumi auraya xüsusi hüzn, rahatçılıq əlavə edir.
***
Vaqonun içərisindəki manitorda hansısa film və ya tamaşa göstərilmir. Yalnız marşrut barədə ümumi məlumatlar əks olunur. Hər kəs öz "vaxt öldürmə" seçımındə sərbəstdir. Bu özlüyündə müsbət hal olsa da, bayaq qeyd etdiyim "Wi-Fi" yoxluğu öz problemini sərnişinlərə yaşadır.
***
Bir neçə kəlmə də vaqondakı WC kabinəsi barədə. Burada da təmizlik, lazımı əşyaların ( isti su, salfet, sabun-şampun) olması, o cümlədən bəzi funksiyaların sensor sistemlə işləməsi qənaətbəxş təəssürat yaradır.
***
Və sonda ən vacib məqam: nə Bakı vağzalında, nə də özümün əyləşdiyim Biləcəri stansiyasında sərnişinlər (və o cümlədən də baqajlar) heç bir yoxlamadan keçirilmir. Bu isə, xüsusən də indiki vaxtda, yolverilməz haldır. Və təxirə salınmadan aradan qaldırılmalıdır. MÜTLƏQ VƏ TƏCİLİ!
***
Bax belə. Edəcəyimiz "protest" bu qədər. Ümidvar olaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-nın yeni rəhbərliyi söylədiyimiz nöqsanları nəzərə alacaq. Hamıya uğurlar..
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00