"Bütün dünya mətbuatı İlham Əliyevin cəsarəti, Rusiya prezidentinə aciq-aşkar meydan oxumasını manşetə cıxarır. Və bu da təsadüfi deyil. Diqqət edin.
***
Sitat. Prezident İlham Əliyev:
“Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir.
Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.
Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək”.
***
Bundan artıq Rusiyaya nə demək olardı ki? Özü də ki, İlin-günün bu vaxtı; qəzəbli, yaralı Rus ayısına. Və bütün bunlar da Rusiya Prezidentinin zəng edərək üzrxahlıq etməsindən sonra deyilir. O, Rusiya prezidenti ki, hakimiyyətdə olduğu 25 il ərzində törətdiyi onlarla cinayətə görə hələ heç vaxt, heç kimdən üzr istəməmişdi. Amma İlham Əliyev buna nail oldu. Ancaq bununla da kifayətlənməyib- günahkarların məsuliyyətə cəlb olunması, zərərçəkənlərə və dövlətə dəyən ziyana görə kompensasiya ödənilməsini də tələb edir. İlham Əliyev növbəti dəfə sübut etdi ki, söhbət Dövlətin, Millətin mənafeyindən gedirsə hər cür dostluq, müttəfiqlik arxa plana keçir. İndi üzümü uzun illərdir ki, ay nə bilim, "İlham Əliyev Rusiyadan qorxur. Putinin göstərişləri ilə hərəkət edir" deyən "bostan tərəvəzləri"nə tuturam: nə oldu? hardasız?...
***
Baxiram, Əli Kərimli yenə də sərsəmləyir. Siz Allah həyasızlığın, abırsızlığın dərəcəsinə baxın. Adam deyir ki : İlham Əliyev nəhayət ki, bizim tələb və təzyiqlər qarşısında bu addaımları atmağa başladı."
Ay, yazzıxx! Bu illər ərzinəd nökərçiliyini elədiyin Qərb, Amerika, xalqımıza qarşı 100 cürə ədalətsizlıyə imza atıb. Amma sən qorxundan bircə dəfə də olsun səsini çıxarmayıbsan. Əksinə bacardığın qədər onların bu addımlarına bəraət qazandırıbsan. İndi məlum təyyarə hadisəsi baş verən gündən iqtidarı ittiham etdin, Rusiyadan üzrxahlıq tələb etdin. "Hanı üzrxahlıq, hanı etiraf, hanı kompesasiya tələbi?" deyə şüvənçılık saldın. Eynən 4 il əvvəl " hanı Şuşa, hanı Xocalı, hanı Xocəvənd?" deyib, artistlik etdiyin kimi. Amma bu dəfəsində də mat vəziyyətinə düşdün.
***
Niyə sənin, faciənin məhz 3-cü günü, (o da candərdi. Putinin üzrxahlığından sonra) başsağlığı verən Ukrayna prezidentinə bircə kəlmə də olsun qınaq cümləsi yazmağa cəsarətin çatmadı. Həyatını itirmiş şəxslərin heç birinin dəfn mərasiminə belə qatılmadın. Niyə? Aralarında "cəbhəçi" yoxuydu, ona görəmi? Olsaydı indi yaxana "qara lent" bağlayıb ortadan çıxmazdın yəqin ki.
Səndən soruşuram, Əli Kərimli, əgər bu faciə Rusiya deyil, İngiltərə və ya Fransa ərazisində baş versəydi, heç qorxundan cınqırını çıxardardınmı? indiki kimi "guruldayardınmı"? Əsla. Cəsarətin çatmazdı. Cünki sən onların nökəri, qulusan. Ailə üzvlərin də İngiltərə, Amerikada girovdadır.
***
Ancaq sənin "Putindən qorxur" dediyin Əliyev, bu gün Rusiyaya meydan oxuyur. Rus ordusunu da Azərbaycandan (özü də vaxtından əvvəl) çıxaran məhz İlham Əliyev oldu. Bəli, məhz İlham Əliyev. Sənin hər dəqiqə başı, genələ-genələ dediyin: "Rus ordusunu Azərbaycandan biz çıxarmışıq" anekdotuna isə artıq heç kim inanmır. Çünki belə ordu çıxaran idiniz, elə silahlı erməni dəstələrini çıxardardız da. Erməni dəstəsi nədir, siz heç Surətin bir bandası ilə də bacarmadınız; sizdən Rus ordusu çıxıran olardı? Ona görə də get Əli Kərimli, get burdan..
***
Ünvanı bilirsən, yoxsa onu da mən yazım?..
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00