Etibar Hüseynov: Biz nə vaxt düzələcəyik?

 Təyyarə faciəsi müddətində mətbuatımızın fəaliyyətindən çox məmnun qaldım. Demək olar ki, görmək, eşitmək istədiyim kim, nə, var idisə hamisini gördüm də, eşitdim də. Təbii ki burada AZAL rəhbərliyi və Mətbuat xidmətinin də zəhmətini qeyd etməmək olmaz. Amma sözümün canı başqadir. İndi baxıram bəzi saytlara, TVlərə. A kişilər, o "kitayski"lər qalsin bir tərəfə e, qosqoca saytlar, qosqoca jurnalistlər yazır ki: bəs təyyarəni Rusiya vurub, Putin üzr istəyib kompensasiya verməlidir! və.s Və bunu o vaxt deyirdilər ki, məhkəmə, ilkin istintaqın nəticəsi bir tərəfə ee, hələ heç "Qara qutu" tapılıb müvafiq labaratoriyaya çatmamışdı, şahidlər təyyarənin qalıqları arasından çıxarılmamışdı, qəlpələr analiz edilməmişdi.. Amma bizim "hərşeyşünas" analitiklərimiz əminliklə səbəbi və hədəfi göstərirdilər. Vallah, adamın əti tökülür, xəcalət çəkirsən-özü də "ispan xəcaləti".. 
***
 Heç Peskovun "Rusiya üzr istəməlidir!" məsələsinə açıqlamasını oxuyanda utandınızmı? Adam açıqca dedi ki, "hələ "Qara qutu" oxunmadan, istintaqın ilkin  nəticəsi olmadan, hansı üzr istəməkdən söhbət gedə bilər axı?". Siz özünüzü nə vaxtacan bütün dünyanın gözü qarşısında biabır edəcəksiniz? Bəsdirin də.. 
***
 Bunu dəfələrlə görmüşük: Ki, hansısa ucqar rayonların birində heç kəsin tanımadığı bir "cəbhəçi" narkotik alveri və ya toyda dava etdiyinə görə saxlanılır. Və adam polis şöbəsinə çatmamış artıq Əli Kərimli onu "iqtidarın sifarişi ilə həbs edilmiş "siyasi dustaq" elan eləyir. Amma üstündən bir-neçə gün keçməmiş həmin adam haqda müxtəlif dəlil-sübutlar (videogörüntülər, səsyazmaları və.s) ortaya çıxır. Və bundan sonra necə deyərlər "qurbağa gölünə sanki daş atırsan" mənzərəsi yaranır. Azmı olub belə hallar?.. 
***
İndi sizdən soruşuram: sabah, sənəd-sübutla məlum olsa ki, (MƏSƏLÇÜN DƏ) təyyarə, ruslar (çeçenlər) deyil, ukraynalıların atdığı dronla vurulub, onda neyləyəcəksiniz? Heç utanıb-ölüb-yerə girəcəksinizmi? İnanmıram. Yeri gəlmişkən Ukrayna prezidentinin xalqımıza sıradan bir "başsağlığı" verməməsi heçmi qəribə gəlmədi sizə? Rusiya nüfuzu üçün böyük bir "şapalaq"sayılacaq bu məsələdə Zelenskiy heç fürsəti əldən verərdimi? 
***
Söhbət düşmüşkən bir-neçə kəlmə də Zelenskiy barədə. Müharibənin ilk gönlərində bir cöx ura-patriotlar " slava ukraine" deyib sinə cıranda, mən dəfələrlə yazdım ki "bu müharibədə mən ukrayna xalqının yanındayam. Onun qalib gəlməsi üçün dua edəcəm. Ancaq bu "siyasi təlxək" ukrayna xalqını fəlakətə sürükləyəəcək". Onda həmin o ura-patriotlar haqqımda hər cürə təhqirlər yazdılar ki: bəs "ay rusbaş, Zelenskiy bu gün bizim hamımızın əvəzinə döyüşür ", və bu qəbildən olan sərsəmləmələr. O taxtabaşlara o, vaxt da dedim, indi də deyirəm: nə Zelenskiy, nə də hansısa xaxol heç vaxt sənin əvəzinə döyüşməyib.
***
 Mən bu ötən 30 il ərzində ukraynadan könüllü gəlib döyüşən birisinə rast gəlmədim. Silah-sursat bir tərəfə heç 2 maşın humanitar yardım göndərdiklərinin də şahidi olmadım. Əvəzində biz onlara limitsiz yanacaq , maşın-maşın humanitar yardım yolladıq. Ölkəmizə pənah gətirən qaçqınlara STOP qoymadıq. Yüzlərlə yetim uşaqların Bakıya ekskursiyasını və psixoloji yardım almasını təşkil etdik. 10larla azərbaycanlımız Ukraynada könüllü olaraq müharibəyə qatıldı; həlak oldu, əsir düşdü, şıkəst oldu. Və sonu da məlum.. 
***
İndi üzümü tuturam "ukraynalılar bizə görə döyüşür. Slava ukrayine" deyib qur-qur deyib, quruldayan qurbağalara: Hardasız? Niyə səsiniz gəlmir? 4 il əvvəl bizim oğullar Hərbi komissarlığın qarşısında növbəyə düzüləndə, ana-bacılarımız son tikəsini cəbhəyə yollayanda ukraynalılar öz kefində idi. İndi də öz keflərindədir. Nəinki sənin, heç öz yerlərinə belə döyüşmürlər. Bizdən fərqli olaraq bütün dünya onlara silah və yardım verir. Cəbhəyə göndərməyə isə əsgər tapa bilmirlər. Əhalinin az qala 80 faizi avropaya qaçıb kefini eliyir. 
***
Ona görə də əzizlərim, ilk növbədə özümüz-özümüzə dəyər verək. Bütün məsələlərdə ayıq  və səbrli olaq. Bəli, ilkin görünən odur ki, təyyarə Rusiya ərazisində vurulub. Amma niyə, necə? Əvvəlcə aydınlaşmalıdır ki, həmin günü Bakı reysini qəbul etmək üçün  Qroznudan razılıq alınıbmı? Bəlkə də razılıq olub, amma bir qədər sonra qəfil atışma başlayıb və mərmilərdən biri də bizim təyyarəyə dəyib. Bundan sonrasa ya onların tövsiyyəsi ilə, və ya gəmi kapitanının öz qərarına əsasən təyyarə Astanaya üz tutub. Yəni bütün bunlara məhz "Qara qutu"dakı danışıqlar dinlənildikdən sonra aydınlıq gətirilə bilər. Sənin-mənim fərziyyəmə görə yox. Bunu anlamaq bu qədərmi çətindir? Axı orası da gün kimi aydındır ki, hər bir halda bu gün təyyarənin vurulması, kimə də olsa, Rusiyaya qəti səkildə sərf eləmir. Bu gün dünya arenasında təklənib, əlacsızlıqdan-son olaraq, NATO-nu, Nüvə silahına əl atacağı ilə hədələmək dərəcəsinə çatmış Rusiya, Azərbaycan kimi müttüfiqinə qarşı bu kimi addımı atarmı heç? 
***
Bəli, mənim də FƏRZİYYƏMƏ görə təyyarəni çeçenlər vurub. Amma yenə də deyirəm bunun qəsdən edilməsinə inanmıram. Müharibədə hər şey olur. Elə biz də rusların helikopterini vurmamışdıqmı? Heç onda ruslar üstümüzə də gəlmədi. Yaddan çıxardılar getdi. Uzr istədikmi? və ya hansısa kompensasiya verdiyimizi də dəqiq xatırlamıram. Ona görə də əgər bütün ehtimallarımız sübut olunarsa, inanıram ki, ruslar üzr də istəyəcək, kompensasiya da verəcək. Amma Allah göstərməsin- vay o gündən ki, biz yanılmış olaq.. 
Allah ölənlərimizə rəhmət eləsin.. 

















Xəbər lenti
Çox oxunanlar