İndi bu uşaq-muşağı qoyuram bir kənara: baxırsan ki, bığlı-saqqalı adamlardı-üzünə də bir ağıllı-ağıllı ifadə verib deyir: "əşşi, İranın işidi. 100 faiz e, 100 faiz İranın işidi". Və bunu da hələ Fazil Mustafaya atılan güllələrin tüstüsü çəkilməmiş, Fazil xəstəxanaya çatmamış deyir. Ə, ayıbdı e, vallah ayıb. Camaat sizi adam bilir, sizi oxuyur, sizə inanır..bu nə diletantlıqdı eləyirsiz? Axı siz, Allah qoymasa ictimai yükü olan şəxslərsiniz. Siz belə boşboğazlıq edəndə başqalarından nə gözləsin bu camaat? Sizin o quzu kəsdiyim məntiqinizdən belə çıxır ki, sabah Kəraməti öldürsələr (Allah eləməmiş) onda da deyəcəksiniz ki: "əşşi Tural Abbaslı öldürüb. Toşnu e, 100 faiz Turalın işidi". A kişilər, Fazil Mustafanın 60 civarında yaşı var, 20 ildən atıqdır ki, deputatdır, partiya sədridir; yəni adamın 100 dostu, 101 düşməni var. Nədən istintaq başa çatmamış, cinayətkarlar yaxalanmamış "tupoy-tupoy" versiyalar söyləyirsiniz. Heç Fazilin özü belə yaşadığı stress və emosiyaların içində hisslərə qapılıb İran adı çəkmir. (o cümlədən də qardaşı) Amma bunlar qabağa düşüb Şerlok Holmsluq edirlər. Şerlok Holms demişkən; nə Konan Doylun, nə də Aqata Kristinin qəhrəmanları belə sizin qədər uzaqgörənlik etməyiblər. Gedin oxuyun da. Heç olmasa filmlərinə baxın. Baxsanız görəcəksiniz ki, qatil heç də əsərin əvvəlində hamının ehtimal etdiyi şəxs çıxmır, əksinə-əsər boyu heç kəsin şübhələnmədiyi bir persona çıxır. Bəli, hadisədə İran barmağı olması ehtimalı var. Və sən də bunu variantlardan biri, fərziyyə kimi söyləyə bilərsən. Amma net bir şəkildə, imperativ bir əda ilə deyə bilməzsən. İstintaq başa çatmamış deyirsənsə deməli naşısan, savadsızsan, səviyyən, İQ dərəcən aşağıdır.
İndi bilirəm e, ki, çox yazırsız, çox danışırsız. Amma arada kitabdan zaddan da oxuyun. Yəqin ki, artıq yazımı oxuyub başa çatmamış " ə bu İranın tulasıdır. Ə, 100 faiz e, haftafalardandır" kəşfini də etdiz. Sizi qınamıram. Elçibəy demişkən: indi olanımız budur da. Gedib kosmosdan millət gətirəsi deyilik ki"
Nə isə. Fazil bəy, tez sağal..
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30