İLHAM ƏLİYEV YOX.. BƏS KİM?

Əslində bu yazını seçki kampaniyası ərəfəsində də yaza bilərdim. Amma bəzilərinin buna " İlham Əliyevin təbliğatı" deyə bilməsindən ehtiyat etdiyimə görə saxladım sona. 
***
Seçki günü yaxınlaşdıqca namizədlərin o cümlədən kənarda dayanıb suyu bulandıranların çıxış və davranışlarını izlədikdən sonra
 NƏYƏ GÖRƏ İLHAM ƏLİYEV?
 sualına cavab daha aydın çəkildə görünür. Mən İlham Əliyevin xidmətlərini sadalamayacam; zatən bu göz qabağındadır. 
Mən ölkə müxalifətinin Əli Kərimlinin timsalında  radikal və düşmən qanadına nə üçün YOX! deyilməsinin səbəblərini sadalayacağam.
 
1. Əli Kərimli özü 30 il uğursuz müxalifətdə olsa da ölkə tarixinin yeni və "Qızıl tarix"ini yazan İlham Əliyevi hakimiyyətdə cox qalmaqda qınayır. 
2. Əli Kərimli 30 ildir ki, partiyasına ofis, özünə pasport, mənzilinə wi-fi ala bilmir. Hakimiyyətdən iqtidarı necə alacaq?
3. Seçkilərə qatılmır, kütləvi aksiyalar keçirməyə cəsarət etmir. Bu cür qorxaq adamdan tərəfdarları nə gözləyə bilər?
4. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etdiyi halda özünün İngiltətə və ABŞ-da evi var. Ailəsi Londonda yaşayır. Övladları ABŞ-da təhsil alır. Amma hansı pullarla? Belə birisinin korrupsiya və "çirkli pullar"dan danışmağa haqqı çatırmı? Və bütün bunları bu adam hələ müxalifətdə ola-ola əldə edib haa.. gör indi bir balaca vəzifəsi-filan olsa nələri olardı?!
5. Özü demokratiyadan, söz-fikir azadlığından danışır. Lakin qarşı tərəfin mətbuat təmsilçilərinə müsahibə və ya açıqlama verməkdən qaçır. Demək olar ki, maliyyələşdirdiyi Qənimət Zahid və Sevinc Osmanqızıdan başqa heç kimə müsahibə vermir. O cümlədən bu kanallarda nəinki iqtidar, hətta Milli Şuraya üzv olmayan müxalifət partiya sədrlərinin görünməsinə də qadağa qoyub. Demokratiyadan danışan bu adamın sonuncu dəfə hansısa iqtidar nümayəndəsi ilə debata çıxmasını heç kim xatırlamır.
6. Gecə-gündüz Vətən-Millət-Xalq deyən bu adam 3 ildir ki, azad olunmuş torpaqlarımızı ziyarət etməyə getmir. Bunun üçün insanın ürəyi nə qədər daş olmalıdır? özünüz deyin.
7. Bu neçə ildə bircə dəfə də olsun hansısa Şəhid ailəsi və ya Qazini ziyarət etmədi, yardım göstərmədi.  ( "20 yanvar günü" istisna olmaqla) bir dəfə də olsun 1-ci və 2-ci Şəhidlər Xiyabanını ziyarət etmədi. Bircə dəfə də olsun hansısa Şəhidin dəfn mərasiminə qatılmadı. Əvəzində az qala hər gün hansısa cinayət və ya Vətənə xəyanətdə ittiham olunan tərəfdarlarının məhkəməsinə görə  hansısa inzibati binaların qarşısında saatlarca gözlədi.
8. Əli Kərimli Rusiyanı, İranı, (bəzi məqamlarda hətta  Türkiyəni) aramsız olaraq kəskin tənqid edir. Lakin ABŞ və ya Avropa ölkələrini (nə etməsindən və deməsindən asılı olmayaraq) heç vaxt cəsarət edib bircə kəlmə ilə də olsa tənqid etmir. Hətta ölkəmizə açıq düşmənçilik edən Fransaya belə.
9.Daima iqtidardan Demokratik seçki tələb edən Əli Kərimli özünün sədrlik etdiyi AXCP-də bircə dəfə də olsun demokratik və aşkar sədr seçkisi keçirmədi. Və hər seçkidən sonra AXCP-də növbəti parçalanmanın şahidi olduq. Ona gərə də son Sədr seçkisində özünü ALTERNATİVSİZ VƏ YEKDİLLİKLƏ seçdirdi. Kommunustlərdə olduğu kimi. Hər halda keçmiş "komsomolçu"luq  öz sözünü deyir.. 

Bu Əli Kərimlinin siyasi portretinin bəzi cizgiləridi. Siyahını uzatmaq da olar. Amma ehtiyac yoxdur. Necə deyərlər "dəniz suyunun dadını bilmək üşün bütün dənizi içməyə gərək yoxdur". 
***
Sadəcə yekun olaraq onu deyim ki, müxalifətdə qarımış BU ADAM özünə o qədər komfortlu, relaks yaşayış qurub ki, artıq özünü azacıq da olsun əziyyətə verib seçkilərə qatılmağı belə lazım bilmir. 
***
BU ADAM səhər yuxudan duranda telefona baxmağa və televizoru yandırmağa qorxur. Çünki orada İlham Əliyevin növbəti hansısa uğur və qələbəsini görmək onun üçün bir əzabdır. 
***
BU ADAMin əmək və fəaliyyətinin normativlərinə bunlar daxildir : 
.. Səhər 11-ə qədər yatmaq 
.. Günorta hansısa tərəfdarının məhkəməsində iştirak edib poz vermək, və ya müxalifətçilərdən birinin yas mərasiminə qatılıb ehsan yemək 
.. Axşam qəhvəsindən sonra isə kompüter arxasına keşıb "Ana müxalifətin lideri" kimi tərəfdarlarına morəl, iqtidara isə meydan oxumaq. Vəssalam. Necə deyərlər "qadasın alım belə müxalifətçiliyin". 
Bütün bunlardan çıxış edərək isə  yuxarıdakı sualın cavabı birmənalı şəkildə aydın olur. 
 
İLHAM ƏLİYEV YOX..
      BƏS KİM?
ƏLBƏTTƏ Kİ, İLHAM ƏLİYEV ! 
Etibar Hüseynov_protest

Çox oxunanlar