İsveç Türkiyənin NATO-ya üzvlük şərtlərini qeyri-mümkün adlandırır

İsveçin baş naziri Ulf Kristersson Türkiyənin NATO-nun ratifikasiyası ilə bağlı şərtlərinin yerinə yetirilməyəcəyini bildirib. O, bunu “Xalq və müdafiə” konfransında çıxışı zamanı deyib.
“Röyter” agentliyi Kristerssondan sitat gətirib: “Türkiyə bizim söz verdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, eyni zamanda bizim verə bilməyəcəyimiz və ya vermək istəmədiyimiz şeyi istədiyini deyir”. O qeyd edib ki, indi qərar Türkiyədə qalır. Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin hərəkətlərini tənqid edərək, terrorçuların ekstradisiyası üçün heç bir konkret addım atmadıqlarını, onların hesablarını dondurmağa başlamadıqlarını bildirib. Bu məsələ ilə bağlı İsveçin xarici işlər naziri Tobias Billströmlə danışıqlardan sonra Türkiyə XİN rəhbəri xatırladıb ki, terrorçuların ekstradisiyası Ankaranın Stokholmun Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləmək üçün irəli sürdüyü şərtdir.

Xəbər lenti
Çox oxunanlar