Lavrov Yerevana gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanda Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin birgə iclasında iştirak edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.
"Tədbir İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası ərəfəsində keçiriləcək. KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət və qurumun sessiyalararası dövrdə fəaliyyəti ilə bağlı fikir mübadiləsi nəzərdə tutulub". Neçayev bildirib.
Onun sözlərinə görə, iclas iştirakçıları Təşkilat çərçivəsində xarici siyasət, hərbi və antiterror əməkdaşlığa dair mühüm qərarlar paketini nəzərdən keçirəcək. Həmçinin KTMT-nin təsdiqinə təqdim edilmiş bir sıra sənədlərin, o cümlədən yekun bəyannamənin təsdiqi nəzərdə tutulur.

Xəbər lenti
Çox oxunanlar