Hindistandan Ermənistana satılacaq silah müqaviləsinin dəyəri açıqlandı
Hindistan mətbuatının məlumatına görə, Nyu-Dehli tarixdə ilk dəfə olaraq öz istehsalı olan ATAGS xarici artilleriya sistemlərini tədarük edəcək. Ermənistan isə ilk alıcı olacaq.
Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları tədarük edəcək. The Hindu-nun məlumatına görə, sifariş " Bharat Forge Ltd "-nin törəmə şirkəti olan "Kalyani Strategic Systems Ltd" özəl şirkəti tərəfindən alınıb.
Nəşr "Kalyani Strategic Systems Ltd"-nin mətbuat xidmətinə istinadən qeyd edir ki, haubitsaların tədarükü Hindistanın özünün qabaqcıl hərbi platformalarının ixracını təşviq etmək istəyinə uyğun olaraq Hindistanın “Atamanirbhar Bharat” dövlət proqramı çərçivəsində həyata keçiriləcək.
Qəzet alıcı ölkəni dəqiqləşdirməsə də, "Business Standard"-a görə, söhbət Ermənistandan gedir.
Qeyd olunur ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır. Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.
Şirkət həmçinin "ATAGS" artilleriya qurğularının 48 km mənzilli olduğunu izah edir.
Qeyd edək ki, bu, iki ölkə arasında ilk müdafiə sazişi deyil. Bundan əvvəl Hindistanın Solar Group şirkəti Pinaka reaktiv yaylım atəşi sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını elan edib. Yeri gəlmişkən, Ermənistan da bu MLRS-nin ilk alıcısı olacaq.
Müqavilələrə Hindistanda lisenziya əsasında istehsal olunan Sovet-Rusiya modelli Konkurs tank əleyhinə raketlərinin alınması da daxildir. Bundan əvvəl Hindistanın “The Economic Times” nəşri qeyd edib ki, söhbət 260 milyon dollar dəyərində silahlardan gedir. Həmçinin 80 mm-lik artilleriya qurğularının, boş mərmilərin və “Akaş” zenit-raket kompleksinin alınması da müzakirə edilir.
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30