1983-cü ildə ekranlara çıxan "Raziyə sultan" filmi Bollivudun həmin dövrü üçün ən bahalı filmi sayılırdı. Dekorasiyalar, geyim, bir sıra butafor və aksesuarlara böyük pullar xərclənmişdi.Dharmendra, Hema Malini, Pərvin Babi və bir sıra ən bahalı "ulduz"ların da baş rollara çəkilməsi də filmin böyük uğur qazanacaına şübhə yeri qoymurdu. Amma bütün bunlara baxmayaraq film gözlənilmədən fiaskoya uğradı. Fimin üğursuzluğunun tək səbəbi rejissorun naşılığı və zövqsüzlüyü deyildi. Burada həm də o vaxtlar Hindistan cəmiyyəti üçün tabu sayılan lezbiyan səhnələrindən istifadə olunması göstərilirdi. Belə ki, səhnələrdən birində Raziyə sultan və qulluqçusu açıq-aşkar özündə lezbiyanlığı ehtiva edən hərəkətlər edir. Bir çoxları bu səhnənin filmə salınamsını rejissorun tamaşaçı cəlb etmək variantı saysa da, əksəriyyət məhz Hema və Pərvinin təkidi ilə çəkildiyini iddia edir. Belə ki, heç kəsə sirr deyil ki, bir sıra hind "ulduz"ları ssenarini az qala rejissora diktə edir və onu istəklərinə uyğun olaraq dəyişdirirlər. Onlar heç vaxt istəmədikləri səhnələrə çəkilmirlər. Onların bu addımı isə Hindistan cəmiyyəti arasında Hema və Pərvinin lezbian olması fikrini yaratdı. Ona görə də həmin səhnələr filmdən çıxarıldı. İndi üstündən 40 ilə yaxın vaxt keçəndən sonra film bütöv variantda "Yutube"da yayımlanandan sonra mövzu yenidən gündəmə gəlib. Amma artıq Pərvin Babi dünyasını faciəli şəkildə dəyişib. Hema Malini isə Hind kinosunun ikonası sayılır və sevilir. Və heç bir söz-söhbət bu sevgini dəyişmək iqtidarında deyil.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00