Sabirabadda qaziyə qarşı haqsızlıq

Kanalımıza müraciət edən, İkinc Qarabağ qazisi Abış İsmayılov bidirir ki, o 1 ildir ki, Sabirabad rayon mərkəzi xəstəxanasında mühafizəçi işləyir. Dediyinə görə, xəstəxananın maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılov pulsuz işə düzəltdiyi üçün onu narahat edir və pul verməsini istəyir. Buna etiraz edərək Qarabağ qazisi olduğunu vurğulayıb, cavabında isə həmin şəxs onu və aldığı medalları təhqir edib.Şikayətçi əlavə edir ki, direktor müavini illər öncə korrupsiya faktı ilə işdə çıxarılıb və daha sonra Saatlı rayon məşğulluq idarəsində işləsə də orada da vətəndaşla etik davranış qaydalarını pozduğu üçün işdən çıxarılıb. İnd isə həmin şəxs Sabirabad rayon mərkəzi xəstəxanasında direktor mavini vəzifəsində çalışır. Qazimiz kanalımız vasitəsilə ölkə rəhbərliyindən və adiyyatı qurumlardan bu işə ciddi baxilmasını və tədbir görülməsini xahiş edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti
Çox oxunanlar