NATO-nun "qara işarəsi"..Ərdoğan geri çəkiləcəkmi?

NATO-nun "qara işarəsi", İstanbuldakı terror aktının təşkilatçılarının verdiyi "mesajın" mənasını deşifrə etdi
Ekspertlər hesab edir ki, İstanbulda baş verən terror aktı Ərdoğana “işarə” olub və bu, onun NATO-nun genişlənməsinə mane olmasəna cavabdır. Turizm mövsümünün qızğın vaxtında İstanbulun mərkəzində 6 nəfərin ölümü və 80-dən çox insanın yaralanması ilə nəticələnən hücum, əlbəttə ki, mediadakı bütün digər xəbərləri kölgədə qoydu. Lakin Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylunun hücumun ölkə rəhbərliyiniə “mesaj” olduğunu deməsi də az şok yaratmadı. "Biz bu mesajı aldıq".  Şübhə etməsinlər - cavabımız çox sərt olacaq. Düşünürəm ki, ABŞ-ın göndərdiyi başsağlığı, qatilin cinayət yerinə ilk gəlməsinə bənzəyir. Biz Amerika səfirliyindən başsağlığı qəbul etmirik”.
Xatırlamaq çətindir ki, son vaxtlar ABŞ-ın müttəfiqi sayılan dövlətlərdən hər hansı biri  (və yada salaq ki, NATO-da Türkiyə ordusu ikinci ən böyük və güclü ordudur) - ABŞ liderinin ünvanına belə bir bəyanatla çıxış etsin. Amerikalıların başsağlığını rədd etmək, onları “qatil” olmaqda ittiham etmək, sadəcə sərt addım deyil, cəsarətli bir addımdır. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri partlayışın arxasında Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriyadan olan tərəfdarlarının olduğunu bildirib. İstanbulda qorxu aksiyası başqa kimə lazım ola bilər? Kürdlər, Türkiyənin köhnə düşmənləri. Ona görə də nazir təkcə kürdləri yox, onları da möhürlədi: “qatillər!” Və türklər terror aktının arxasında öz “müttəfiqlərinin” olduğuna inanırlarsa, o zaman onlara nə lazımdır? Ankarada görünən “mesaj” nə ola bilərdi?
Şərqşünas Karine Gevorgyan "Radio KP"-yə müsahibəsində bu versiyanı belə ifadə edib: Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına hələ də faktiki olaraq mane olduğuna görə bir növ xəbərdarlıq aldı. Bəs bundan sonra Türkiyə lideri Qərbin hərbi blokunun genişləndirilməsi ilə bağlı mövqeyindən əl çəkəcəkmi? qeyd edək ki, prezident Ərdoğan iki şimal ölkəsinin NATO-ya üzv olması üçün şərt irəli sürüb: "İsveç axtarışdakı kürdləri ekstradisiya etməlidir". Orada yaşayan aktivistlərin bəzilərisə hətta Milli məclis üzvləridir. Ankara bu şərtin yerinə yetiriləcəyinə çoxdan rəsmi təminat alıb. Amma sözün ardınca hələ əməllər gəlməyib. Təsəvvür edin ki, super demokratik İsveç, Ərdoğanın pəncəsinə siyasi mühacirləri təhvil versə, hansı tənqid dalğasına səbəb olacaq?

Xəbər lenti
Çox oxunanlar