Zelenski Rusiya ilə danışıqların yeni şərtlərini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Qərb mediasının Kiyevin Moskva ilə dialoqa sövq edilməsi barədə xəbərlərdən sonra danışıqlara başlamaq üçün şərtləri açıqlayıb. Bununla bağlı yazı onun Telegram kanalında yer alıb.

" Ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün zərərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”, - deyə Ukrayna lideri bu tələbləri tamamilə başa düşülən adlandırıb.

“The Washington Post” qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden administrasiyası özəl olaraq Vladimir Zelenskini Rusiya ilə danışıqlara açıq olmağa çağırır.

“La Repubblica” qəzetinin yazdığına görə, ABŞ və NATO ölkələri Xersonun Kiyev qüvvələri tərəfindən ələ keçiriləcəyi təqdirdə Ukraynadakı vəziyyətlə bağlı danışıqların başlanmasına icazə verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva hələ də Ukrayna ilə danışıqlara açıqdır, lakin indi Kiyevin imtinası səbəbindən danışıqlar mümkün deyil.

Xəbər lenti
Çox oxunanlar