Ərdoğan Rusiyanın müdafiəsinə qalxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qərb, xüsusən də ABŞ Rusiyaya “məhdudiyyətsiz hücum edir”. O, bu barədə Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının 9-cu sammitindən Ankaraya qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Rusiya sıradan dövlət deyil, güclü dövlətdir. Təbii ki, Qərb, xüsusən də Amerika Rusiyaya demək olar ki, məhdudiyyətsiz hücum edir". Onun sözlərinə görə, Rusiya müqavimət göstərir.
Bir gün əvvəl o, qeyd etmişdi ki, Türkiyə Ukraynadakı münaqişənin ədalətli başa çatması üçün səylər göstərir. Noyabrın 2-də Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskini münaqişəyə son qoymaq üçün səyləri gücləndirməyə çağırıb. O, həmçinin taxıl daşınması ilə bağlı vəziyyətin birgə qərarından məmnunluğunu ifadə edib, çünki Ukrayna və Rusiyadan taxıl məhsullarının ixracı bütün dünya üçün həlledici əhəmiyyət kəsb edir.

Çox oxunanlar