Zelenskidən Xersonla bağlı açıqlama: ölkənin cənubuna qayıdırıq

Xerson şəhərində hazırda Ukrayna xüsusi təyinatlı qüvvələri yerləşib, digər müdafiəçilər isə şəhərin kənarındadır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu gün tarixi gündür. Ölkəmizin cənubuna qayıdırıq. Hazırki duruma görə, müdafiəçilərimiz Xersonun kənarındadır. Az qalıb, daxil oluruq. Lakin xüsusi təyinatlılar hazırda şəhərdədir”, - deyə bildirilib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri gün ərzində Xersondan geri çəkilib.

Xəbər lenti
Çox oxunanlar