Ərdoğan: Yunanıstana güc tətbiq etməyə hazırıq

 Türkiyənin NATO üzrə müttəfiqi olan Yunanıstan Ankaraya qarşı gərginlik və Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın deyib ki, onun ölkəsi Yunanıstana zərbə endirmək planını həyata keçirmir, lakin hücum olacağı təqdirdə mütləq cavab verəcək. “Biz 561 km mənzilli [raket] Tayfunu buraxdıq. Yunanıstanda bu çaxnaşma yaratdı, qəzetlər yazmağa başladılar ki, türklər vuracaq. Əsas odur ki, Egeydə bizimlə işiniz yoxdur. Nə qədər ki, bunu etməsəniz, biz sizinlə məşğul olmayacağıq”, – Ərdoğan TRT telekanalının efirində çıxış edərkən deyib. Bundan əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd etmişdi ki, Yunanıstan təxribat xarakterli hərəkətlərini dayandırmasa, Ankara Egey adalarının suverenliyi məsələsini qaldırmağa hazırdır. Nazir diqqəti Yunanıstanın Egey dənizindəki razılaşmalara görə silahların yerləşdirilə bilməyəcəyi adalarda hərbi təlimlər keçirdiyinə diqqət çəkib. Çavuşoğlu Afinanı belə bir addımdan çəkinməyə çağırıb və Türkiyənin ona qarşı təhdidlərə məhəl qoymayacağı ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti
Çox oxunanlar