Rövşən Rüstəmov, "SOS" dedik, "SUS" demədik!
Əgər yadınızdadırsa bir müddət əvvəl Protest.az da "Bakı-Gəncə" sürət qatarından bəhs edən " Vaqonun içində; içində və çölündə" başlıqlı yazı dərc olunmuşdu. Reportajda sürət qatarının müsbət və mənfi tərəflərindən söhbət açılırdı. (
https://protest.az/.../132-etibar-huseynov-vaqonun) Bu baxımdan balansı kifayət qədər qoruyub saxlamış və hətta daha çox pozitiv notlara daha çox üstünlük vermişdik. Lakin son olaraq "SOS" siqnalı qismində, qatara minik vaxtı sərnişinlərin, o cümlədən də baqaja heç bir yoxlanışın olmaması barədə həyəcan təbili çalmışdıq ki: "xüsusən də indiki həssas dövrdə bu cür məqamları diqqətdən kənar saxlamaq olmaz!". Və yazını da DTX, DİN-lə bərabər olaraq ADY-ni də tağ eləmişdik. Yazının səhərisi günü əvvəlki iki ünvandan əlaqə saxlayıb məsələni diqqətə alacaqlarını bildirsələr də, ADY-dən hələ də xəbər yoxdu. Baxmayaqaq ki, yazının çıxmasından 20 gündən artıq vaxt keçib. Bu cür vacib bir məsələyə ADY-nin bu qədər saymazyana və məsuliyyətsiz yanaşmağı nə deməkdir? Əslində səbəb çox sadədir. Çünki yazı kifayət qədər mədəni, söyüşsüz-təhqirsiz, obyektiv tərəfdən yazılıb, ona görə. Bəziləri isə buna öyrəşməyib. Onlar adətən haqlrında yazılan təhqir və böhtanla zəngin məqalələrə operativ reaksiya verirlər.
Bu gün Azərbaycan Dəmir Yolları məlum səbəblərdən işləmir- iflic halındadır. Ölkə xaricinə qatarların səfəri artıq neçə müddətdir ki, dayanıb. Daxili marşurutlaradn isə "Bakı-Gəncə" və "Bakı-Sumqayıt" sürət qatarlarıdır. Yəni ki, iş baxımından əməlli-başlı bekarçılıqdı. İdarəyə sədr təyininatı da yeni olub. + də 42 yaşlı yeni sədr Rövşən Rüstəmov da "əslən" jurnalisdir. Vaxtı ilə bir sıra mətbuat orqanlarında çalışıb. Bəs elə isə bu laqeydliyə, biganəliyə və saymamazlığa nə ad verək? Rövşən Rüstəmovun təyinatının heç iki ayı tamam olmayıb. Bunu ona görə qeyd edirəm ki, bilib-gördüyümüzdən yana, adətən təzə təyin olunanlar, əsasən nə edirlərsə elə təyinatlarının ilk aylarında edirlər. Bu baxımdan isə hələ ki, mətbuat ancaq onun Cavid Qurbanovun kadrlarını kənarlaşdırıb özünə yeni komanda yığmasından yazır. Qaldırıdğımız məsələ kifayət qədər aktual olmasaydı bəlkə də bu məsələyə yenidən qayıtmazdıq. Amma hamıya məlumdur ki, bu gün regionda Ermənistandan əlavə, Rusiya və İranla da münasibətlərimiz kifayət qədər gərgindir. Elə bir-neçə gün əvvəl 14 nəfər iranlı təxribatçının sərhədlərimizdən qanunsuz keçən zaman saxlanılması da buna bir sübutdur. Bu gün Azərbaycanda nə qədər rus və iranmeyilli "zombi"nin olması isə heç kəsə sirr deyil. Bəs belə bir məqamda sürət qatarlarına heç bir yoxlama olmadan miniyin olmasına necə biganə yanaşmaq olar? Gərək mütləq bir faciə baş verə sonramı əl-ayağa düşəsiniz? Ona görə də üzümüzü bir daha Rövşən Rüstəmova tutub qaldırdığımız məsələylə bağlı təcili açıqlama verməsini və müvafiq tədbirlər görməsini xahiş edirik.
