Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycanla qaz sövdələşməsi ilə bağlı problemlərin nəticəsi ola bilər. Qətnamə Ermənistan üçün mənəvi əhəmiyyət kəsb edə bilər, lakin Qarabağın statusunun beynəlxalq səviyyədə tanınması kontekstində çətin ki, erməni diplomatiyası bu sənəddən istifadə edə bilsin. Bu fikri beynəlxalq ekspert Qriqor Balasanyan Sputnik Ermənistan-a müsahibəsində deyib.
Bir gün əvvəl Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Ekspertin fikrincə, bu qətnamə Azərbaycan-Aİ qaz sazişi ilə bağlı problemlərin nəticəsi ola bilər.
" Fransanın Azərbaycanla münasibətləri gərginləşdirməyə məcbur edəcək başqa səbəb yoxdur, çünki bu qətnamə Paris və Bakı arasındakı münasibətlərə şübhəsiz təsir edəcək. Burada başqa bir vacib məqam da var - biz hər şeyi etməliyik ki, Qarabağda vəziyyət bir daha pisləşməsin. Çünki təbii ki, Azərbaycan bu qətnamənin ləğvi üçün Fransa ilə ayrıca danışıqlara başlamağa, Parisi razı salmağa və faktiki olaraq bu sənədi ləğv etməyə çalışacaq”, - Balasanyan bildirib.
O xatırladır ki, qətnamə məsləhət xarakterlidir və Bakının reaksiyası kifayət qədər proqnozlaşdırıla bilər və o kəskin olacaq. Politoloq eyforiyaya qapılmamağa və həddən artıq ruhlanmamağa çağırır, çünki Fransa hazırda milli, dövlət və iqtisadi maraqlarına uyğun siyasət yürüdür.
"Əlbəttə, Fransanın qəbul etdiyi qətnamə bizim üçün cazibədar görünə bilər, amma praktikada - məzmun baxımından, Azərbaycana və bu qətnamənin icrasına ciddi təsir rıçaqları yoxdur. Ona görə də mənim subyektiv fikrimcə, bu, ilk növbədə bizi razı salmağa və onların regionda maraqlarını irəli sürməyə hesablanmış addımdır”, - həmsöhbətimiz bildirib.
Fransanın Qarabağda humanitar ofis yaradılması ilə bağlı qətnamənin bəndinə gəlincə, beynəlxalq mütəxəssis qeyd edir ki, bu, nəzəri cəhətdən mümkündür, çünki Fransa Minsk qrupunun həmsədr ölkələrindən biridir.
Lakin bu, mübahisələrə səbəb ola bilər, çünki Rusiya sülhməramlıları artıq Dağlıq Qarabağda yerləşdirilib və Fransanın orada hansı funksiyaları yerinə yetirməli olduğu bəlli deyil. Xüsusən də Bakının qətnaməyə reaksiyasını nəzərə alsaq
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00