Pelenin dəfnində iştirak etmədiklərinə görə tənqid olundular

Neymar, Ronaldo və Kaka, Pelenin dəfnində iştirak etmədiklərinə görə tənqid edlib. .
“Pele Nelson Mandela və ya Mahatma Qandi ilə eyni səviyyədə dünya vətəndaşıdır, lakin braziliyalılar bunu necə etiraf edəcəklərini bilmirlər. Bu, hörmətsizliyi göstərir” deyə Braziliya millisinin keçmiş üzvü  və teleaparıcı Jose Ferreira Neto bildirib. Pele ilə vida mərasiminə 230 minə yaxın insanın qatıldığı bildirilir. İnsanlar bir neçə saat ayaq üstə növbəyə dayanıb. Pele 2022-ci il dekabrın 29-da 82 yaşında yoğun bağırsaq xərçəngindən yaranan fəsadlar səbəbindən vəfat edib. Braziliyalı futbolçu tarixdə yeganə üçqat dünya çempionu olmaqla yanaşı, həm də karyerasında vurulan qolların sayına görə rekordun (1279) sahibidir.

Xəbər lenti
Çox oxunanlar