Pele ailəsi və dostları ilə vidalaşdı

Futbol üzrə üçqat dünya çempionu Pele ailəsi və dostları ilə vidalaşıb. Bu barədə britaniyalı iş adamı və idman idarəçiliyi agentliyi TSG-nin səhmdarı Frenk Xalid öz Twitter səhifəsində məlumat verib.
"Pele ailəsi və dostları ilə vidalaşdı. Futbol əfsanəsi xərçənglə mübarizədə yavaş-yavaş uduzur.
Cümə axşamı Pelenin vəziyyətinin pisləşdiyi məlum olub. 82 yaşlı braziliyalı xərçəng xəstəliyindən əziyyət çəkir və böyrək və ürək disfunksiyası səbəbindən reanimasiyadadır. Bundan əvvəl mətbuat Pelenin orqanizminin kimyaterapiyaya reaksiya vermədiyini və ona palliativ yardım göstərildiyini yazmışdı.
2022-ci ildə Pele üç bədxassəli şişin (bağırsaq, qaraciyər və ağciyər) və sidik yolları infeksiyasının müalicəsi ilə bağlı müdaxilələr üçün iki dəfə xəstəxanaya yerləşdirilib.

Çox oxunanlar