Məşhur braziliyalı futbolçu və üçqat dünya çempionu Pele reanimasiyadadır, mətbuatda yayılan xəbərlərə görə, həkimlər onun həyatı uğrunda mübarizəni dayandırıblar. Bu xəbər futbol dünyasını silkələyib. 82 yaşlı Pele 1970-ci ildə üçüncü dünya çempionluğunu qazandığı Braziliya millisində demək olar ki, bütün tərəfdaşlarından daha çox yaşadı. O, hətta tarixin ən yaxşı futbolçusu adı uğrunda əsas rəqiblərindən - hollandiyalı Yohan Kroyff və argentinalı Dieqo Maradonadan da çox yaşadı. Baxmayaraq ki, onların hər ikisi dahi braziliyalıdan çox gənc idi. Amma indi üçqat dünya çempionunun həyatı təhlükədədir və onun vəziyyəti həyəcan vericidir.
Keçən il həkimlər Peleyə bağırsaq xərçəngi diaqnozu qoydular və həmin andan onun xəstəliklə mübarizəsi başladı. Keçmiş futbolçu bir neçə müalicə kursu keçib və 2021-ci ilin sentyabrında şişi çıxarmaq üçün əməliyyat olunub. Əməliyyatdan qısa müddət sonra onun uğurlu keçdiyi açıqlandı və Pele şişlərin geri qayıtmaması üçün kimyaterapiyaya başladı. Lakin bunun qarşısını almaq mümkün olmadı. 2022-ci ilin yazında həkimlər xəstənin bədənində yeni şiş ocaqlarının görünüşünü qeydə alıblar. 82 yaşlı Pelenin böyrək və prostat xəstəliklərindən uzun müddət müalicə olunduqdan sonra səhhətinin sarsılması onun müalicəsini daha da çətinləşdirib. Bütün bunlar kimyaterapi və radioterapiyadan istifadə imkanlarını məhdudlaşdırdı. Noyabrın 30-da Pelenin təcili xəstəxanaya yerləşdirildiyi məlum olu
Braziliyanın “Folha de Sao Paulo” nəşrinin məlumatına görə, Pelenin vəziyyəti kəskin şəkildə pisləşib. Nəşrin məlumatına görə, keçmiş futbolçunun orqanizmi kimyaterapiyaya cavab verməyi dayandırıb və şişin inkişafı davam edir. Pelenin ağciyərlərinə və qaraciyərində metastazların olduğu bildirilib. Mənbənin sözlərinə görə, həkimlər Pelenin həyatı üçün mübarizəni dayandırıblar və indi xəstəyə palliativ yardım göstərməklə məhdudlaşırlar ki, bu da onun ancaq həyatının son günlərində çəkdiyi əziyyəti yüngülləşdirməlidir.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00