Saakaşvilini zəhərlədilər. Həyatı təhlükədə

Saakaşvilinin anası bildirib ki, həkimlər onda civə yoluxması aşkarlayıb .Həbsxanada cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin bədənində ağır metalların, o cümlədən civənin normadan artıq olması aşkar edilib. Bu barədə onun anası Giuli Alasania bildirib.
O, bu maddələrin Gürcüstanın keçmiş liderinin bədəninə necə daxil olmasının məlum olmadığını vurğulayaraq əlavə edib ki, o, təcrid olunmuş vəziyyətdə olduğundan özü civəyə toxuna bilməzdi. Alasaniyanın sözlərinə görə, oğlunun civəyə yoluxması  onun dərhal azadlığa buraxılmasına əsas verir.
Noyabrın 15-də Saakaşvilinin vəkili Şalva Xaçapuridze siyasətçinin sol əlinin əzələlərinin atrofiyaya uğradığını bildirib. O, qolundakı ağrıların bir neçə ay əvvəl başladığına aydınlıq gətirib.
2021-ci ilin payızında Saakaşvili səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtdı və dərhal həbs olundu. O, bankirin qətli və deputatın döyülməsi işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib. Siyasətçi həmçinin sərhədi qanunsuz keçməkdə, dövlət vəsaitini mənimsəməkdə və 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda ittiham olunur.

Çox oxunanlar