Protest.az TASS-a istinadən xəbər verir ki, Moldova Nazirlər Kabineti müxalifətdə olan "Şor" partiyasını qanunsuz elan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət layihəsini təsdiqləyib.
“Bu müraciətin hazırlanmasında iştirak edən hər kəsə təşəkkür edirəm, hüquqi arqumentlər çox aydın şəkildə təqdim olunub. Görək Konstitusiya Məhkəməsi hansı qərarı verəcək. Müraciət layihəsi təsdiq edilib”, - baş nazir Natalya Qavrilitsa qərardan sonra bildirib.
İclasın bütün iştirakçıları Ədliyyə Nazirliyinin rəhbəri Sergey Litvinenkonun təqdim etdiyi müraciətin lehinə səs veriblər.
Xatırladaq ki, "Şor" partiyasının rəhbərlik etdiyi müxalifət sentyabrın 18-dən Kişinyovda etiraz aksiyaları keçirir. Noyabrın 6-da hökumət əleyhinə mitinqdə 50 mindən çox insan iştirak edib. Bu rəqəm onun təşkilatçıları tərəfindən verilib.
Partiya lideri Elon Şor 2017-ci ildə ölkənin bank sistemindən “bir milyard dollar oğurlamaq” ittihamı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra o, hökmdən apellyasiya şikayəti verdi və bu müddət ərzində Orhei şəhərinin meri oldu, "Şor" partiyasını qurdu, parlament üzvü oldu. Hakimiyyət dəyişdikdən sonra isə ölkəni tərk etdi.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00