Polşa 15 yaşlı qadınları orduya çağırdı

Polşa Ordusu hərbi təlimlər üçün könüllülər cəlb edəcək. Bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşaka istinadən məlumat yayılıb. Könüllülərə ilkin hərbi bacarıqlar öyrədiləcək - silahları saxlamaqdan tutmuş ekstremal vəziyyətdə atəş açmaq bacarığına qədər. Dərslər həftədə bir dəfə şənbə günləri keçiriləcək. Siyasətçinin sözlərinə görə, işə qəbul üçün 15-65 yaş arası 8 min vətəndaş tələb olunur. Polşalı ekspertlər bundan əvvəl də militarist əhval-ruhiyyənin artdığını qeyd ediblər. Mart ayında respublika prezidenti Anjey Duda “Vətənin müdafiəsi haqqında” qanunu imzalayıb. Bu, ölkədə hərbi xidmətin qaytarılmasını nəzərdə tutur və hətta qadınların orduya çağırılmasına icazə verir.

Xəbər lenti
Çox oxunanlar