Erməni əsgərlər arasında atışma

Sıravi, 20 yaşlı Vahe Hovsepyan hərbi təcavüzün qurbanı olub.
Ermənistan ordusunun əsgərinin həmkarının açdığı atəş nəticəsində həlak olduğu bildirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, noyabrın 15-də hərbi hissələrdən birinin döyüş mövqeyində sıravi Hovsepyan (2002-ci il təvəllüdlü) həmkarı tərəfindən açılan atəş nəticəsində həlak olub.
Hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar