Ermənilər döyüşə arvadlarını göndərir

İrəvandakı poliqonların birində növbəti atəş təlimi keçirilib. Bu dəfə orada jurnalistlər də iştirak edib.
Silah və döyüş sursatı ilə tanışlıq, özünümüdafiə, ilk tibbi yardım, avtomatdan hədəfə döyüş atışları... Bütün bu bacarıqları Respublika Müdafiə Nazirliyinin təşkil etdiyi atəş hazırlığı dərslərində əldə etmək olar.
İştirakçıların böyük əksəriyyəti zərif cinsin nümayəndələridir. 35 yaşlı Rozi adlı İrəvan sakini Sputnik Ermənistan-a müsahibəsində proqramda ilk dəfə iştirak etdiyini bildirib.
"Hər şey olduqca yaxşı təşkil olunmuşdu. Kaş ki, dərslər daha uzun və davamlı olsun. Yalnız bir dərslə silah və sursat haqqında hazırlıq əldə etmək çətindir" deyir.
Rozi etiraf edib ki, lazım gələrsə, onlar döyüş tapşırıqlarını da yerinə yetirə bilərlər.
Nə üçün kursu keçmək qərarına gəldiyini soruşduqda Rozi belə cavab verdi: “Hər şeyə hazır olmaq lazımdır, çünki Ermənistandakı hazırkı vəziyyət mənə əvvəlki kimi sakit olmağa imkan vermir”.
İştirakçılar arasında ən təcrübəli 15 yaşlı Suzi olub.
O, həm də ilk dəfə kurslarda idi, lakin məktəbdə ibtidai hərbi hazırlıq dərslərində avtomatı məharətlə sökməyi və yığmağı öyrənib. Qızın sözlərinə görə, Müdafiə Nazirliyinin keçirdiyi dərslər vacibdir, lakin onlar davamlı olmalıdır, əks halda heç bir faydası olmayacaq. Xatırladaq ki, kurslara 1500-ə yaxın şəxs yazılıb ki, onlardan da 1300-ə yaxını qadındır. Dərslər əsasən hərbi xidmət keçməyən vətəndaşlar üçün keçirilir.

Xəbər lenti
Çox oxunanlar