Dünyanın ən varlı insanları arasında qeyri-adi kolleksiya həvəsi sürətlə yayılır. Söhbət milyonlarla dollar dəyərində olan dinozavr skeletlərindən gedir.
protest.az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
Məlumata görə, dinozavr skeletləri son illərdə ultra zənginlər üçün həm prestij göstəricisinə, həm də sərfəli investisiyaya çevrilib. Ekspertlər hesab edir ki, bu maraq qədim tarixə olan heyranlıqla dəbdəbənin birləşməsindən qaynaqlanır.
2020-ci ildə məşhur "Stan" adlı Tiranozavr skeleti hərracda 31,8 milyon dollara satılıb. İki il sonra isə milyarder investor Ken Qriffin "Apex" adlı Steqozavr skeletini 44,6 milyon dollara alaraq yeni rekord müəyyənləşdirib.
Asiya bazarında satılan ilk tam Tiranozavr skeleti hesab edilən "Şen" də kolleksiyaçılar arasında böyük maraq doğurub.
Nəşrin yazdığına görə, bu cür hərraclarda Hollivud ulduzları və məşhurlar da iştirak edirlər. Leonardo Di Kaprio, Nikolas Keyc və digər tanınmış simalar nadir paleontoloji eksponatlara maraq göstərən şəxslər sırasındadır.
Mütəxəssislər bildirirlər ki, dinozavr skeletləri artıq incəsənət əsərləri və klassik avtomobillər kimi prestijli kolleksiya predmetləri ilə eyni kateqoriyada qiymətləndirilir.
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00