protest.az xəbər verir ki, 17 iyul 2026-cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş “Gözümün Nuru Vətən” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini “Gözümün Nuru Vətən” silsilə filmlərinin idea müəllifi Simuzər Ağakişiyeva açıq elan edərək sözü AzGƏC-in sədri Səmyar Abdulayevə verib.
Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqlara imza atdığını bildirən Səmyar Abdullayev, Vidadi Məmədovun də bu qəhrəmanlardan biri olduğunu bildirib. Səmyar Abdullayev qeyd edib ki, cəmiyyət, xüsusilə də gənclər və gələcək nəsillər Vidadi Məmmədov kimi qəhrəmanları tanımalı, onların dövlətimizin ərazi bütövlüyü uğrunda necə böyük fədakarlıqlar sərgilədiyini bilməli, bu qəhrəmanlardan örnək götürməlidir.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Sadiqov Eminin anası Gülşad Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Hüseynov Raqibin anası Rəna Hüseynova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Birinci Qarabağ muharibəsinin iştirakçısı, Milli Qəhrəman Yusif Mirzeyevin bacisi Nailə Mirzəyeva çıxış edərək Vidadi Məmmədovun timsalında vətən oğullarının 44 günlük müharibədə imza atdıqları qəhrəmanlıqlar diqqət çəkiblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Vidadi Məmmədov dövlətimizin ali mükafatları ilə -“Şücaətə görə”, Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, Fizulinin azad olunmasına görə”, Şuşanın azad olunmasına görə” təltif olunmuş igidlərimizdəndir. Onun döyüş yolu, Vətənə sonsuz sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və müharibədən sonrakı ictimai fəaliyyəti cəmiyyətimiz, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Gözümün Nuru Vətən” sənədli filmi qəhrəman qazimizin həyat salnaməsini, keçdiyi şərəfli döyüş yolunu və Vətən sevgisini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Film eyni zamanda xalqımızın Zəfər tarixinin təbliğinə, şəhid və qazilərimizin qəhrəmanlıq irsinin yaşadılmasına, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə aşılanmasına xidmət edir.
Təqdimat mərasiminin Naxçıvan Muxtar Respublikasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. Belə ki, qazimiz məhz Naxçıvan Muxtar Respublikasının Babək rayonun yetirməsidir. Azərbaycanın qədim dövlətçilik ənənələrinin və zəngin milli-mənəvi irsinin qorunub saxlanıldığı Naxçıvan bu cür tədbirlərin keçirilməsi üçün mühüm mənəvi məkandır.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bu layihə ilə cəmiyyətimizdə milli birlik, dövlətçilik ənənələri və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur. Gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.


Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
16-07-2026, 18:00