ABŞ-də ən varlı təbəqənin əlində cəmləşən sərvətin həcmi tarixi maksimuma çatıb.
protest.az xəbər verir ki, araşdırmalara əsasən, ölkənin ən zəngin 0,00001 faizi hazırda ABŞ-nin milli gəlirinin təxminən 12 faizinə nəzarət edir.
Mütəxəssislərin hesablamalarına görə, bu göstərici ABŞ əhalisinin təxminən 3-4 min nəfərlik ən zəngin hissəsinə aiddir. Başqa sözlə, ölkənin hər 10 milyon nəfərinə cəmi 1 nəfər düşən bu super zəngin qrup milli gəlirin səkkizdə birinə yaxın hissəsini əldə edir.
Milli gəlir dedikdə iqtisadiyyatda formalaşan ümumi əməkhaqqı, biznes mənfəəti və investisiya gəlirləri nəzərdə tutulur.
Məlumata görə, 2008-ci il qlobal maliyyə böhranından sonra bu qrupun milli gəlirdəki payı 4 dəfədən çox artıb. Halbuki 1950-1990-cı illər arasında həmin göstərici heç vaxt 1 faizi keçməyib.
Ekspertlər sərvətin bu qədər sürətlə artmasını əsasən fond bazarındakı səhmlərin rekord bahalaşması və daşınmaz əmlak qiymətlərinin yüksəlməsi ilə əlaqələndirirlər.
Araşdırmada vurğulanır ki, bu prosesdən ən çox qazananlar aktivlərə – səhmlərə, iri şirkətlərə və daşınmaz əmlaka sahib olan şəxslər olub. Aktivlərə malik olmayan vətəndaşlar isə eyni templə gəlir artımı əldə edə bilməyiblər
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30