İrandan alınan güllərdə erməni izi tapıldı

Rusiya İrandan ölkəyə ixrac olunan güllərlə bağlı araşdırmalara başlayıb.

protest.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Məlumata görə, qurum İranın müvafiq orqanlarından Rusiyaya göndərilən gül məhsulları üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti dayandırmağı xahiş edib.

Rosselxoznadzor bildirib ki, 2026-cı ildə İrandan Rusiyaya gül tədarükünün həcmi ötən illə müqayisədə xeyli artıb.

Qurumun açıqlamasında qeyd olunub ki, fitosanitar sertifikatlarda məhsulların mənşə ölkəsi kimi İran göstərilsə də, onların xarici görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal edilən məhsullarla eynilik təşkil edir.

"Fitosanitar sertifikatlarda məhsulun mənşə yeri kimi İran göstərilir. Lakin məhsulların xarici xüsusiyyətləri və qablaşdırılması əvvəllər Ermənistandan gətirilən məhsullarla eynidir", - açıqlamada vurğulanıb.

Xatırladaq ki, Rusiyada Ermənistandan gül idxalına məhdudiyyətlər bu il mayın 22-dən qüvvəyə minib. Yeni vəziyyət fonunda Rusiya tərəfi İran üzərindən Ermənistan məhsullarının ölkəyə daxil olması ehtimalını araşdırır.

Çox oxunanlar