Yenə danışıb. 35 il danışdığı kimi. Pafosla. Ağzı köpüklənə-köpüklənə. Kütlənin zəif damarını tuta-tuta. İnternetsiz evində oturub dünya siyasətini təhlil edir, dünya nəhənglərinə yol göstərir, ağıl verir- bu evinə bir internet çəkdirə bilməyən, partiyasına ofis, özünə bir pasport ala bilməyən siyasət tullantısı.
***
Trampın, Putinə 50 gün vaxt qoymasını, bu müddət ərzində Ukraynaya ən bahalı və müasir silahlar SATACAĞINI, Avropanın isə bu müddət ərzində dayanmadan Ukraynanı təpədən-dırnağa silahlandıracağını az qala muştuluq təki sevincək olaraq xəbərləyir. Və kütlə də bunu alqışlayır, "Eşq olsun Əli bəyə," "Eşq olsun Trampa", "Yaşasın qərb", "Slava Ukarina" zad yazırlar. Amma heç biri bu siyasət dələduzundan soruşmur ki: "a bəy, bəs bu Tramp demişdi axı rus-xaxol müharibəsini 24 saata həll elyəjəm; nə oldu bə? İndi üstündən az qala bir il keçif, hələ indi başlayıb 50 gün vaxt qoymağa, qəşəngcə Amerikanın silahını satır özüyçün, hiiy?"
***
Bu 3(11) ildə heydən düşmüş Ukrayna neyləyəcək o boydana silah-sursatı? Və bu silah-sursat da hədiyyə verilmir ee, Lənd lız olaraq (yəni kreditə) verilir. Sabah bunun qaytarılmağı var. Artıq bu borc 1 trilyona çatıb; və müharibənin də sonu görünmür. Bunun sonrası necə olacaq? Həmin bu Amerika ll Dünya savaşında SSRİ və İngiltərəyə Lənd lız çərçivəsində ayırdıgı silahın pulunu, hər ikisindən 2006-cı ilə qədər olsa da, mələdə-mələdə, son qəpiyinə qədər aldı. (SSRİ dövründən qalmış hissəni Rusiya varis olaraq özü 2006-da ödədi).
***
İndi hakimiyyətə gələn gündən ABŞ büdcəsini bir "köhnə biznesmen" kimi doldurmaqla məşgul olan Donald bu müharibənin tezliklə bitməsini istəyərmi? Əsla. Bəs 50 gündən sonra (ardıynan fikrini dəyişib 12 günə endirdi) nə baş verəcək? Heç nə. Öz dediyinə görə hansısa yeni sanksiyalar. Hansı ki, indiyədək sayı bilinməyən həmin sanksiyalar heç rusun tükünü də tərpətməyib. Bəs Tramp Rusiyanın məğlub olub, parçalanmasını istəyirmi? Yenə də yox. Bunu ancaq ağıldan kəm fanatiklər arzulaya bilər. (niyəsi uzun söhbətdi). ABŞ və Qərbə parçalanmış deyil, zəif və taqətdən düşmüs Rusiya lazimdır. Bəs Qərbə necə, Avropanın göbəyində qalıb və güclü Ukrayna lazımdırmı? O, da əsla. Heç bir ağıllı dövlət öz qonşuluğunda o zırpılıxda güclü, inkişaf etmiş ölkəni arzulamaz.
***
Amma bu da gözünü qan örtmüş, cəllad Putinin nə qədər dirəniş göstərə biləcəyindən asılı olacaq. Unutmayın ki, Putin- nüvə silahına malik, BMT-nin Təhlükəsizlik şurasının 5 daimi üzvündən biri olan, dünyanın ən iri dövlətinin başçısıdır. 2022-ci ildə onun haqqında Beynəlxalq Cinayət məhkəməsi həbs qərarı çıxarıb. Amma buna baxmayaraq dünya siyasətinin nəhəngləri onunla sülh danışıqları aparmaq üçün masa arxasında oturmağa hazırdır. Bax, belə-belə işlər..
***
İndi qayıdıram yenə də küçük (türklər demiş) bəyin üstünə. O müsahibəsinin sonunda Ukrayna ilə Azərbaycani müqayisə edib deyir: "Azərbaycan, Ermənistandan həm ordusuna görə, həm də iqtisadi cəhətdən dəfələrlə güclü olsa da, müharibəyə 18 yaşlı gəncləri göndərdi. Və onların bir çoxu həlak oldu. Amma baxmayaraq ki, Ukrayna bu parametrlərinə görə Rusiyadan qat-qat zəifdir; o hələ də orduya yalnız 25+ yaşında olanları göndərir".
***
Bu oğlunu okeanın o tayında gizlətmiş yaramaza demək istəyirəm ki, 44 gün ərzində bütün Azərbaycan- XALQ olaraq, öz Prezidentinin ətrafında " Hər şey cəbhə, hər şey qələbə üçün" şüarı ilə yumruq kimi birləşdı. O, 44 gün ərzində millətin gözündən yuxu, boğazından bir rahat loxma keçmədi. Və məhz bunun nəticəsi olaraq müharibə qısa müddətdə, az itkiylə başa çatdı.Ukaraynadakı müharibə isə 2014-dən hesablasaq bu gün üçün 11 il, 5 ay, 11 gün; 2022-dən göturəndə isə 1254 gündür. (Və sonu da hələ ki, görünmür). Bu müddət ərzində rəsmi olaraq 3 mindən çox uşaq, milyona yaxın hərbiçisi həlak olub. Milyonlarla ukraynalı isə qaçqın düşüb. Ukraynanın bərpası üçün lazım olan vəsait milyardlarla ölçülür.
***
Və bunun qarşısında, bu ölkədə heç vaxt müharibə əhval-ruhiyyəsi hiss olunmadı. Heç veclərinə də olmadı-: Futbol üzrə DÇ-ları, Avroviziya yarışmaları və.s. Baxmayaraq ki, o böyüklükdə Rusiya ilə müharibə aparırdılar. Mən bu 11 ildə bu dövlət və xalqın "Hər şey cəbhə, hər şey qələbə üçün" şüarı ətrafında birləşdiyini görmədim.
***
İndi sən kimi-kimlə müqayisə edirsən? Ay, xalqının düşməni, qərbin tulası, , siyasətin tullantısı..
Bu adam bir qədər əvvəl demişdir ki, "İlham Əliyev, hakimiyyəti hətta Rusiya ilə də bölüşmək istəmir". Bəyəm bu anlamır ki, hakimiyyət - xalqın, dövlətin idarə edilməsi, onun taleyinə məsulliyət cavabdehliyidir? Sən onu kiminlə bölüşməkdən danışırsan?
***
Yadıma bilirsiz nə düşdü?
Sovetlərin ilk dönəmində Qarabağın Ermənistana güzəştə gedilmə məsələsində Nərimanovun Musabəyova dediyi sözlər: "Qəzənfər, torpaq sənin ... deyil ki, hər gələnə paylayasan.
Sitatın sonu.
Etibar Hüseynov
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30