Ay adam, axı sən 3 il əvvəl Putinlə görüşüb bircə kəlmə "NATO-ya getmirəm" deməyin yetərdi ki, bu müharibə başlamasın. Axı sən indi- artıq diz üstə çökdürüldüyün bir vaxtı, ABŞ-la da bir dil tapa bilərdin. Onu da edə bilmədin. Dünən Zelenskinin, Trampla danışıq ritorikası mənə 93-cü ildə İsgəndər Həmidovun AZ.Tv-yə gedib, canlı yayına girməsini xatırlatdı. Hamınız görübsünüz o məhşur səhnəni. " Ə, tüpürüm sənə də, sənin demokratiyana da, millət orda qırılır ee.." Dünən Z bir daha siyasətdən uzaq, küçədən gəlmiş birisi olduğunu ortaya qoydu. Siyasətcı belə olmur atam balası, heç olmur. Bizlərdə o bir ifadə var e, deyirik: "ə, qandığın yoxdu, heç olmasa dilini şirin elə də". Z onu da bacarmadı.
***Çünki şoumendi. Eynən bizim Kamran Həsənli kimi; poulist, yalançı, dələduz. Tam səmim deyirəm. Bu gün Z-nın Ukraynada prezident olması, Kamran Həsənlinin 93-də ölkəyə prezident seçılməsi kimi bir şeydi. Ümumiyyətlə bu şoumen-təlxək tayfasının hamısı bir bezin qırağıdır. Bunlar kütlənin nəbzini hamıdan yaxşı bilir. Onu ələ almaq, güldürmək üçün hər cildə girməyə hazır olurlar. Düz 3 ildir ki, Kamran Həsənli (və o qəbildən olan bir çoxları) az qala Rusiyanın 5-10 günə məğlub olcağı haqda kütləyə nağıllar danışır, kütlə isə bundan məmnun qalır: "halaldı Kamran", "eşq olsun", "malades", "slava ukrayina" zad deyir. Z Ukraynanı bataqlığa sürükləyib. Bu ölkə batır. Ölkə viran, hökumət korrupsiya bataqlığında, millət qaçqın-didərgin, torpaqlar işğal altında, ordu yorğun və məğlub durumda. Sabah Avropanın bu ən böyük və təbii sərvətləri ilə zəngin bir ölkəsi böyük güclər arasında bölünə də bilər. Və bu təhlükə hər gün reallığa doğru gedir. Amma bu, dünya nəhənglərinə meydan oxuyur.
***Xalqını və dövlətini sevən birisi isə belə olmamalıdır. O xalqınının yolunda hər şeyə hazır olmalıdır. Mən dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyevin, Robert Koçaryan tipli gədə-güdələrin ayağına gedib, danışıqlar aparanda xəcalət çəkirdim. Elə İlham Əliyevin də Sarkisyan və Paşinyan kimi tiplərlə görüşəndə eynən. Amma zaman onların bir siyasətçı kimi nəyə qadir olduğunu 30 il sonra da olsa üzə çıxardı. Eynən Z də, 73 yaşlı Putin, o cümlədən də 79 yaşlı Trampla bir dil tapıb anlaşa, və bununla da hər hansısa müddətə bir taym-aut götürə, münbit siyasi mühitin yaranmasını gözləyə bilərdi. Amma etmədi. Yadınızdadır, 2022-ci ildə rus və erməni əlbir olub Azərbaycanı təxribata çəkmək istədilər. Qarabağdakı filiz yataqlarımızda fəaliyyətlərini bərpa edib, milli sərvətimizi gözümüzün önündə daşımağa başladılar. Onda bəlli idi ki, hədəf Azərbaycanı təxribata çəkib, atəşkəsi pozmaqdı. Amma Azərbaycan səbr etdi, Eko aksiyalar keşirib dünyaya səs saldı. Vəziyyəti öz xeyrinə dəyişə bildi. Bir il sonra isə oralarda nə rusun izi qaldı, nə də erməninin. Hər ikisi sakitcə rədd olub getdi. Siyasət budur qardaşlar. O, səbr, uzaqgörənlik və təcrübə istəyir. Z kimi cırtqozlardan siyasətçı çıxmaz. Və dünən onun özünü prezident kimi deyil, cığal alverçı kimi aparması bunu bir daha sübut etdi. Təsəvvür edin: adam okeanın o tayına, imdad diləməyə gedir, amma əvəzində dolayısıyla Amerika prezidentini elə onun kabinetindəcə hədələyir. Gülməlidir, deyilmi? Bəlkə də ağlamalı..
***
İndi bır sıra obıvatel ura-patriotlar bundan riqqətə gəlir, "kişi adamdır", "əsl lider belə olar" tipli paylaşımlar edir. Bunlar anlamır ki, həmin bu Z. Avropadan 3 dəfə çox yardım (350/100 milyrd dollar nisbətində) etmiş Amerika sayəsində bu gün məğlub duruma düşübsə, indən belə tək Avropanın dəstəyi ilə nə edə biləcək? O Avropa ki, ABŞ-dan fərqli olaraq pullarını təmənnasız deyil, yüksük kredit şərtləri ilə verib. Və İndən sonra hətta dəstəkləsə belə,.. nə vaxta qədər? Bu 3 il ərzində Avropa Ukraynaya yalnız silah və pul verib. Bircə əsgərini belə yollamayıb. Və xüsusən də indən belə heç yollamayacaq. Uzaqbaşı yenə də silah verib, onsuz da pis gündə olan ukraynalıları qırdıracaq. Vəssalam.
***
Bəs Amerika neyləyə bilər? Əslində çox şey. Hamısını sadalamaq istəmirəm. Birini deyim. Təsəvvür edin ki, Trampdı da..beyni çöndü və Amerikaya məxsus "STARLİNK" rabitə sisteminin Ukraynaya yayımını dayandırdı. Bu bilirsinizmi nə deməkdir? Bu o deməkdir ki, bir anın içində Ukrayna ordusu iflic vəziyyətinə düşür. Məhz 2022-ci ildən Amerikanın kosmosdan Ukraynaya ötürdüyü bu sistemlə ukrayna hərbçiləri artilleriya, dron aparatlarını idarə edir. Ordu arasında rabitə bütövlükdə məhz bu sistem vasitəsi ilə həyata keçırilir. Onun dayandırılması bilirsinizmi nə deməkdir? Çox deyil, bir azca düşünməniz bəs edər.
***
Bu gün Ukrayna, Rusiya və ya ABŞ haqda hansısa gerçəklikləri demək, heç də ruspərəst və ya antiukraynalı olmaq demək deyil. Bu savaşdan Ukraynanın qalıb çıxmasını mən sizdən də çox istəyirəm. Ən azından bu müharibədən tək Ukrayna deyil demək olar ki, Dünya üzərində qalib çıxmış Rusiaynın bizim üçün nə qədər təhlükəli birisi olacağının fərqindəyəm. Ancaq gözlərimiz önündə aldadılaraq irəli verilmiş bir təlxəyin, bu cür xalq və dövləti uçuruma apardığının da fərqindəyəm. Allah Ukraynanı qorusun. Amin.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00