Nə qədər deyilirsə, nə qədər təbliğat aparılırsa ki, "ay millət bank kartınızın nömrəsini heç kimə deməyin" xeyri yoxdu. İndi də Milli Qəhrəman Hökumə Əliyevanın atasının kartından 80 min manat oğurlanıb. Bank açıqlama verib ki, araşdırıb məlumat verəcəyik. DİN məlumat yayıb ki, cinayət işi başlanılıb, araşdırmaya başlanılıb. Əslində isə DİN cinayət işini "Kapital bank"a qarşı qaldırmalıdır. Nə qədər olar? 1 deyil, 5 deyil, 15 deyil.
***
Artıq sıravi insanlardan tutmuş, bu işin mütəxəssislərinə kimi hamı bildirir ki: "bu iş bankın keçmiş və ya hazırkı əməkdaşlarının vasitəsi ilə həyata kecirilir". Ona görə də Kapital bankın fəaliyyəti dondurulmalı və ya buraxılmalı onun kecmiş və indiki əməkdaşlarının fəaliyyəti ciddi çəkildə araşdırılmalıdır. Belə də bank olar? Bank deyil e, rus demişkən-“praxodnoy dvordu”. Bu qədər hadisəyə rəğmən bankın nə rəhbərliyi dəyişir nə də ki, təhlükəsizlik məsələlərinə məsul olan şəxsləri. Müştərilərin pulu oğurlanır. Müraciət edəndə deyir ki, get polisə müraciət elə, bizə yox. Ay balam, bəyəm adam pulunu polisə etibar edib ki, polisə müraciət etsin? Müraciətdirsə də, onu da sən etməlisən, vətəndaş deyil.
***
Bütün bunlara baxmayaraq az qala elə həftə olmur ki, "Kapital bank" müştərilərinin kartından pul oğurlanması barədə xəbərlər yayılmasın. Və bank da hansısa mühafizə tədbirləri həyata keşirmək əvəzinə görün nə edir; Deməli bir-neçə gün əvvəl "Kapital bank" elan etdi ki, bəs "SMS xidmətinin aylıq qiyməti 1 manatdan 3 manata qaldırılır". Gördülər ki, insanlar pulunun oğurlanmasından ehtiyat etdiyinə görə SMS xidmətə üz tutur. Götürüb onun qiymətini pulsuz etmək və ya ucuzlaşdırmaq əvəzinə qiyməti 3 dəfə qaldırdılar.
***
Belə də biabırçılıq olar? Milli Qəhrəmanın pullarının oğurlanma hadisəsi isə bu biabırçılığın artıq pik həddidir. Bundan o tərəfi yoxdur. Ona görə də bu bankın rəhbərliyı dəyişilməli, onlar və əməkdaşlar haqda ciddi araşdırmalar aparılmalı, cinayətkarlar aşkar edilməlidir.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00