Fikir vermişəm, bizim qadınlar adam balası kimi ayrılmağı da bacarmırlar, ayrılan kimi quduz itə dönürlər. Bilmirəm niyə belə olur, amma, təəssüf ki, belə olur. Əlbəttə, bütün qadınlara aid ola bilməz bu dediyim.
Mənə əsəbiləşmədən qabaq özünüz də düşünün, bizim qadınlar, əsasən də, qızlar, ayrılandan sonra neyniyirlər?
Cadugər yanına gedirlər, oğlanı geri qaytarmaq üçün cadu-zad eləyirlər, ip düyünləmək, dənizə qıfıl atmaq, kukla iynələmək...
Bu nədi də? Hansı dövrdü?
Sonra deyirlər ki, kişilər bizə hörmət qoymur.
Ay anam, ay bacım, sən bizim eranın üçüncü minilliyində cadugər yanına gedirsən e, sənə necə hörmət eləyək?
Sən özünü orta əsrlərin cəhalət dövründəki kimi aparırsan, falçıya gedirsən, baxıcıya gedirsən.
Ən yaxşı halda, daha müasirləri blogger-psixoloqların, yaşam koçlarının ümidinə qalır.
Bunlar bəs eləmir, oğlanın təzə sevgilisinə yazırsan, tərbiyəsizlik eləyirsən, iyrəncləşirsən.
Bu nə məntiqdir axı?
Heç hansısa oğlanın, kişinin köhnə sevgilisinin təzə sevgilisinə yazdığını görmüsünüz?
Kim eləyər bunu?
Hansı oğlan, hansı kişi belə şey eləyər?
Nə bilim.
Elə onu deyirəm ki, mədəniləşmək lazımdı.
Ayrılıqdı da. Normal ayrılmağı da bacarmaq lazımdı.