Artıq neçə vaxtdır ki, Prezident seçkilərinə start verilib. Düzü bu dəfəki seçkilər əvvəlkilərlə müqayisədə bir qədər də qaynar keçmir. Və xüsusi bir maraq və həyəcanla izlənilmir. Bu da bir növ hesabı əvvəlcədəm məlum olan futbol oyununa baxmağa bənzəyir. Və bunun da əsas "günahkar"ı əlbəttə ki, İlham Əliyevdir. Çünki bu gün İlham Əliyevin reytinqi heç vaxt olmamış qədər o dərəcədə yüksəkdir ki, onunla rəqabətə girmək, onunla alternativ olmaq sözün həqiqi mənasında mümkünsüzdür. Bir qədər loru dildə desək özünə hörmət qoyan oğlan bu gün onunla rəqabətə girişməz. ***Bu baxımdan Əli Kərimli, Arif Hacılı və bəziləri özlərinə dırnaqarası hörmət qoyub aradan çıxdı. Hətta bu aradan çıxmağa müxtəlif donlar geyindirsələr belə. Bu baxımdan seçkiyə müstəqil namizədlər qatılmasa da, bir sıra partiya sədrləri qatıldı. Düzü bir çoxları onları buna görə qınasa da, ironiya ilə yanaşsa da şəxsən mən çox normal qarşılıyıram. Çünki partiya sədrisənsə, siyasətdə varsansa - seçkilər də siyasi mübarizənin əsas qayəsi, necə deyərlər atributu saylır və sən də bu prosesdə iştirak etməlisən. Əks halda papkanı da qoltuğuna vur, çıx get bacardığın işlə məşğul ol. Seçkiyə qatılan namizədlərə gəlincə isə onların bəzilərinin davranışları həqiqətən gülünc doğurur.
*** Məsələn Razi Nurullayev tik-tok üzərindən bir çarx hazırlayıb. Və orda deyir ki: "yəqin ki, sizlərə prezidentliyə namizədin gecə hansı şirələri qəbul etməsi maraqlıdır". Bunu deyib blender vasitəsilə bahalı meyvələrdən hansısa şirə düzəldir. Və sonunda: "bax mən yatmamışdan qabaq bu şirələri qəbul edirəm və ona görə də gecələri çox rahat yatıram"- söyləyir. Adam öz aləmində guya ki navatorluq edir. Amma fərqinə varmır ki, əslində Tv-lərdəki mətbəxt aparıcılarına daha çox bənzəyir. ***
Və yaxud da Liberal demokrat Partiyanın sabiq sədri Fuad Əliyevi götürək. Bu vur ha vurda gedib Kəramətdən bir kitab alıb, sonra da bunun təmtəraqlı fotosunu paylaşıb. Bu nə deməkdir? siz bir şey anladınızmı? Adam heç olmasa 100-200 kitab alıb, bunu gənc seçicilərinə hədiyyə edəcəyini desəydi- bunu bir uğurlu addım kimi qəbul etmək olardı. ***Yeri gəlmişkən orasini deyim ki bir sıra xarici ölkələrdə belə bir praktika var və mən də bunun şəxsən dəfələrlə canlı şahidi olmuşam ki, seçkilərdə ilk dəfə iştirak edən 18 yaşlı gənclərə, elə məntəqələrdəcə müxtəlif bukletlər, kitab və ya idman maykaları hədiyyə olunur.
***Bir neçə kəlmə ilə də "Böyük Azərbaycan" partiyaslnln sədri Elşad Musayevin də bostanına daş atmaq istərdim. Diqqət edin cənab Musayev Sabirabadda seçicilərlə görüşdən paylaşdığı statusunda görün nə yazır. sitat: "Buz kimi soyuq zalda hamı axıradək əyləşdi. sual-cavablı gözəl və isti bir görüş alındı". Sİtatin sonu. Bəhh. Gözlərim yaşardı.. Mən indi o camaatın necə, niyə gəldiyini qoyuram bir kənara. Axı ay cənab Muasayev, sən prezidentliyə iddialı bir şəxssən ee. Sən əgər bir zalın istilik sistemini yandırtdirib normal bir görüş təşkil edə bilmirsənsə, mənim üşün çox maraqlıdır, o seçicilərə hansı vədləri verirsən?
***Və bu hal tək Elşad Musayevə aid deyil. Digər namizədlərlə bağlı paylaşılan görüntülərdə də əksər hallarda insanların palto-papaqda əyləşdiyinin şahidi oluruq. Təbii bu baxımdan YAP-ın tədbirləri istisnadır.
Ancaq YAP-la bağlı da iradlarımı deyəcəm. Əks halda bəziləri yenə də deyəcək ki: "gücün ancaq müxalifətə çatır "
***
YAP-la bağlı məni ən çox qıcıqlandıran məsələ, təbliğatla bağlı tədbirlərə Siyavuş Novruzov və bu qəbildən olan "veteran"ların getməsidir. Hansı kanalı, saytı açırsan bunlardı. Başda Siyavuş olmaqla o qəbildən olanların böyük əksəriyyəti xalq içində heç bir nüfuz və hörmətə malik deyil. İndiyə qədər özlərindən başqa bir barmağa dərman olmayan bu kəslər nə təbliğat-təşviqatla məşğul olacaq ki? Uzun müddətdir ki, öz gülünc və səviyyəsiz çıxışları ilə gündəm olan Siyavuş özü kimdir ki, onun sözünə görə də kimsə səsverməyə gedə? Siyavuş kimilər YAP-ın üz qarası, baş qaxıncıdır. Niyə YAP bunlardan qurtulmur? Niyə gənclərə yol verilmir? Axı cənab Prezident özü də dəfələrlə deyib ki: "gənclərə yol verin. Onların Parlament və digər strukturlarda təmsil olunmasında yardımçı olun". Hamı bilir ki, YAP-da yüzlərlə savadlı, xarizmalı, işıqlı gənc var ki, bütün mənalarda Siyavuş kimilərini ciblərində gəzdirər. Və meydan verilsəydi o gənclər İlham Əliyev üçün daha maraqlı, daha yüksək səviyyədə təbliğat koampaniyası qurardılar. Amma nə etməli ki, orada kök salmış "qoca qurd"lar bu gənclərin üzə çıxmasına imkan vermir. Bu gənclərin irəli verilməsi üçün çox yaxşı zəmin var idi; yəni İlham Əliyevin qələbəsinə heç kəsin şübhə etmədiyi bu məqamda gəncləri irəli verib, test etmək olardı. Bu baxımdan futboldan bir paralel göstərmək yerinə düşür; Dəfələrlə olub ki i, müxtəlif ölkələrdə, elə bizdə də, məsələn, hansısa zəif bir milli, (və ya klub komandası) dünya üzrə çox güclü olan komandalardan biri ilə görüşməli olur. Belə olan hallarda Baş məşqçilər adətən meydançaya əvəzedici heyəti buraxır. Bununla həm ulduz futbolçuları zədədən qoruyur, həm də gəncləri "dişinə" vururlar. Amma təəssüf ki, YAP bu problemdən qurtulmayıb.
Etibar Hüseynov_protest
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00