YAŞIL EYNƏKLİ ADAM HAQDA SAĞLIĞINDA YAZILAN NEKROLOQ..


"Nekroloq"- dünyasını dəyişmiş bir şəxs üşün onun hayat və yaradıcılığı xarekterizə edən yazıya deyilir. Ancaq dırnaq arası "nekroloq"lar da var. Burada şəxs ölərkən onun haqda deyilən və yazılan neqativlər yer alır. Bu yazı Kamaləddin Heydərov haqda yazılan dırnaqarası "nekroloq"dur. Sadəcə saglığında qələmə alınır. Və bu yazını qələmə almağı həm də böyük Heydər Əliyevin ruhu qarşısında özümə vəfa  borc bilirəm..
***
Əslində bu yazını ötən illər ərzində bir neçə dəfə qələmə almaq istəmişəm. Fəqət, əvvəlcə "şəxsi qərəzlik" kimi görünməyindən, daha sonralarsa digər səbəblərdən fikrimdən daşınmışam. Amma Bəxtiyar Hacıyevin həbsi zamanı üzə çəxan bir sıra məqamlar ( o cümlədən Azərpaşa Nemətovun ölümü. Bunun niyəsini bir qədər sonra açıqlayacam) bu yazının qələmə alınmasını bir növ mənə vacibat elədi.  NİYƏ?
***
Ramiz Mehdiyevin, Əli Həsənovun və bu qəbildən olan bir sıra vəzifə sahiblərinin işdən çıxarılandan (və ya həbs olunandan) sonra mətbuatda gedən yazıları xatırlayın. Başda Ramiz Mehdiyev olmaqla əksəriyyəti yazılanlara belə reaksiya verdi:" niyə bunu mən vəzifə başında olanda  deyə bilmirdilər. Vaxtı ilə mənə salam verə bildiyinə görə özünü xoşbəxt sananlar, əlimi öpüb gözlərinə qoyanlar, indi haqqımda istədiklərini yazırlar". Eyni mənzərəni Azərpaşa Nemətov da dünyasını dəyişəndə müşahidə etdik. Hamı dedi ki: " kişiliyiniz çatırdısa sağlığında üzünə deyərdiniz".   Ona görə mən də, hələ ki, Kamaləddin Heydərov sagkən, vəzifə başında ikən ona demək istədiklərimi məhz indi yazıram ki, sonra nə sizlər, nə də ki özü, yuxarıdakı ifadələri şəxsimə qarşı işlədə bilməsin. Ona görə də bu yazı cənab Heydərov üçün bir növ sağlığında yazılan bir "nekroloq"dur.
***
Kamaləddin Heydərov  Azərbaycanın ən hörmətli (oxu: pullu) nazirliklərinə -Gömrük və FHN-ə  28 il sərasər rəhbərlik etmiş bir şəxsdir. Heydər Əliyev ona etimad göstərib  Dövlət Kömrük komitəsinə sədr təyin edəndə, Heydərovun 33 yaşı var idi. Ancaq təəssüf ki, o, göstərilən etimadı doğrultmadı. Və Heydər Əliyev də onu televiziyalar qarşısında "korrupsioner məmur" kimi təqdim etdiyi ilk çinovnik oldu. (məlum "saat videosu" yəqin ki, hamının yadındadlr). Ancaq birdən-birə axıb gələn pul, var-dövlət Heydərova, edilən xəbərdarlıqlardan nəticə çıxarmağa imkan vermədi. Onun əməlləri haqqında gəzən söz-söhbətlər ara vermirdi. Rəqib və düşmənləri, hansısa "dünənin sintezator çalanını" heç cürə həzm edə bilmirdilər. Ona görə də onun haqda əldə olunan "dosye"lər anındaca yuxarılara məruzə edilirdi. Lakin son etdiyi "qələt" Heydər Əliyevin səbr kasasını daşdırdı. Hətta iş o yerə çatdı ki, Heydərov qorxusundan ölkədən qaçdı. Bundan sonra Şeyxlə, rəhmətlik Fəttah Heydərovun Heydər Əliyevlə görüşüb təkidli xahiş və üzrxahlıqdan sonra nəhayət ki, Ulu öndər onu bağışladı. Heydər Əliyevin böyüklüyü həm də onun bağışlamağı (xüsusən də gəncləri) bacarmasında idi. Amma siz-Kamaləddin Heydərov, Heydər Əliyevin sizə verdiyi "qulaq burmasını" ona bağışlaya bilmədiniz. İçinizdəki kin-küdurət, qəzəb sizə bunu etməyə imkan vermədi. Bunu illər uzunu müşahidə etdim. Amma zənn edirdim ki, bu nifrət hissiniz zaman-zaman yox olub gedib. Lakin məhz Bəxtiyar Hacıyev olayından sonra əmin oldum ki, səhv edirmişəm. Bəxtiyar məsələsinə keçməmişdən qabaq bir az əvvələ qayıdacam. 
***
Yəqin yadınızda olar: 2013-cü ildə, mən deputat olan vaxtlarda, mənə zəng etməyiniz. Onda Heydər Əliyev haqda ən aşağılayıcı yazıların müəllifi (sizin maliyyələşdirdiyiniz) öz saytlarında mənim haqqımda müntəzəm olaraq təhqiramiz yazılar dərc edirdi. O vaxt nəhayət ki, mən də cəmi 3 cümləlik, ad çəkmədən, heç bir təhqiramiz ifadə işlətmədən həmin "qancıx" haqda bir replika yazmışdım. Onda siz zəng edib elə həyəcanla onu müdafiə edib, mənisə əksinə-ittham etdiniz ki, düzü həmin an infarkt keçirəcəyinizdən narahatlıq keçirdim. O vaxt sizin bu canfəşanlığınıza məəttəl qalmışdım. Sonunda " Kamal müəllim, siz kimə, niyə və ən başlıcası kimdən yana zəng etdiyinizin fərqindəsinizmi?" deyə soruşdum. Gerisini xatırlamıram. Bircə o yadımdadır ki, maşını yolun qırağına verib saxladım. Gərginlikdən bədənim əsirdi. Özümə gəlib nə vaxt evə çatdığımı xatırlamıram. O vaxt həm də bilirsinizmi nə üçün "dəli" olmuşdum? Çünki həmin hadisədən 1-2 il əvvəl, bir cani-dildən həqiqi Heydərçi olan jurnalist dostumuz, Əli Həsənovun qəzəbinə tuş gəldiyindən işdən kənarlaşdırılmışdı. Və Həsənov da uzun müddət ona haradasa işə düzəlməyə imkan vermirdi. Həmin adam sonunda imkansızlıq ucbatından sözün həqiqi mənasında intihar etmək həddinə çatmışdı. Onda mən və bəzi dostlar, ona, sizə müraciət etmək təklifi verdik. Adam, müvəqqəti də olsa hardasa işə düzəlməkdə ona yardımçı olmaq xahişi ilə sizə məktub yazdı. Siz isə heç bir reaksiya vermədiniz. Halbuki o şəxsin hansı xidmətlərin müəllifi olduğunu yaxşı bilirdiniz. Amma eyninizə də olmadı. Və o jurnalist də sonunda ailəsini də götürüb xaricə getdi. Bax siz busunuz Kamaləddin Heydərov! Siz bütün bu illər ərzində Heydər Əliyevin düşmənlərini maliyyələşdirməklə məşğul olubsunuz. Adlarını çəkmirəm. Onları hamı tanıyır. 
***
Adətən Heydər Əliyevdən söz düşəndə, ona həsr etdiyiniz mahnını əlinizdə dəstəvuz edirsiniz. Yeri gəlmişkən: çoxları sizin bəstəkarlığınıza həmişə şübhə ilə yanaşıb. Çünki, hamını haqlı olaraq bir sual maraqlandırıb ki, " belə mahnı bəstələyən idinizsə, niyə sizə bu "istedad" məhz nazir olandan sonra verildi? Ondan əvvəl (o cümlədən də son illər) niyə mahnılar yazmırsınız? Sizin bəstəkar olmanıza şübhə eləyənlərədn biri də mənəm. Çünki Heydər Əliyevi sevən bir şəxs heç vaxt ona düşmən kəsilən adamları cani-dildən maliyyələşdirməzdi. Buna əxlaqı və vicdanı yol verə bilməzdi. Heydər Əliyevi sevən birisi "öz nişan üzüyünü, Heydər Əliyevin ölüm xəbərini gətirənə muştuluq" edən bir məxluqata, cani-dildən pul ayırmazdı.  İlham Əliyevi sevən bir şəxs Bəxtiyar kimi yaramazın əlinə benzin kanistiri verib Prezident aparatının qabağına yolllamazdı. Hakimiyyətin əsas dayaqları sayılan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin önündə aksiya keçirmək tapşırığını verməzdi. Onun xaricdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan iqtidarı əleyhinə çıxışlar etməsi üçün səfərlərini maliyyələşdirməzdi. 
***
Heydər Əliyevin ( daha sonrasa İlham Əliyevin) hakimiyyətə gəlməsi üçün bir çox insanlar, böyük xidmətlər göstərib. Əksəriyyəti hətta həyatlarını risk altına qoymaqla. Lakin elələri də oldu ki, bu sahədə heç bir xidmətləri olmasa belə yüksək eşalonlarda vəzifə tuta bildilər. Və məhz həmin qara qüvvələr, vaxtı ilə fədakarlıq göstərmiş insanları bir-bir aradan götürməyə başladı. Əvvəlcə "Ramiz-Əli-Siyavuş" üçlüyü bu prosesə rəhbərlik edirdi. Bu murdar "üçlük" Heydər Əliyevin "91-lər"inin hərəsini bir bəhanə, iftira ilə  ləkələyib aradan  götürdülər. Sonrakı illərdə siz də bu üçlüyə qoşuldunuz. Və bu dəfə İlham Əliyevin "91"-ləri bir-bir dənləndi. Yenə də ləkələnərək, iftiraya məruz qoyularaq, həbs etdirilərək, çərlədib öldürülərək, Vətəndən didərgin salınaraq və.s. (adlarını çəkmirəm-hər kəs yaddaşını azacıq qurdalasa söhbətin kimlərdən getdiyini anlayar). Və bunu da, həmin bu "4-lük",  məhz harada bir yaramaz, şərəfsiz, anasının əmcəyini kəsməyə hazır olan simasız gədə və fahişələrdən ibarət olan öz "91"lərinin əlləri ilə etdi. Və həmin bu "giyena sürüsü"nü də maliyyələşdirənlərdən biri və ən əsas fiquru siz-Kamaləddin Heydərov idiniz. O yaramazlar bu gün də yuxarı başdadır. Və yenə də onaların əksəriyyətinin pulunu siz verirsiniz.
 ***
Adını çəkmək istəmədiyim bir şəxs var. Adam uzun illər Heydər Əliyev haqda ən kəskin yazıların müəllifi olub. Sonradan Ramiz Mehdiyev ona patronajlıq edib, qanadı altına aldı. Onu deputat elədi. Fəqət,  baxmayaraq ki, həmin şəxs 20 ilə yaxındır ki, deputatdır-amma bu illər ərzində bircə dəfə də olsun "Fəxri xiyaban"da Heydər Əliyevin anım tədbirlərinə qatılmayıb. Və onun da "dən verəni" məhz siz- Kamaləddin Heydərovsuz 
***
Bu günlər Ulu öndərə həsr olunmuş yığıncaq və tədbirlərə baxıram. Vaxtı ilə Heydər Əliyev uğrunda xidmətlər göstərmiş insanların demək olar ki heç biri gözə dəymir. Çoxları dünyasını dəyişib, bəziləri həbsdə, bəziləri ölkədən kənarda , digərləri isə sadəcə dəvət olunmayıblar. Əvəzində isə həmin "simasız quldur" və əclaflar yenə də ön sıralarda əyləşiblər. Vaxtı ilə Heydər Əliyev haqqında olmazın təhqir və iftiralar yazanlar, indi onun böyüklüyü barədə çıxışlar edir, onun dahiliyi mövzusunda leksiyalar söyləyirlər
***. 
Bəlkə də mən efirlərə az baxıram: ondandır. Amma əlinizdə dəstəvuz etdiyiniz o mahnını da deyəsən artıq efirlərdə səsləndirmirlər. Əgər belədirsə: çox düzgün qərardır. Çünki bir daha deyirəm: Heydər Əliyevi sevməyən, ona kin-küdurət bəsləyən birisi- ona mahnı bəstələyə bilməz. Mahnı içdən gəlməlidir, sevgidən doğmalıdır. O da ki, sizdə heç vaxt olmayıb. Sizin Heydər Əliyev haqda hansısa maraq doğuran nəinki bir film və ya kitab, heç hansısa bir maraqlı çıxışınıza da rast gəlməmişəm. Dəfələrlə  "muzdlu" bəstəkar, şair, oranjimançı tutub mahnı yazdırdınız. Amma bir dəfə də olsa hansısa spiçrayterə pul verib  bunu etməyi lazım bilmədiniz.
***
Əvvəldə də yazmışdım: sizin, o cümlədən də Ramz Mehdiyevin, Əli Həsənovun, Siyavuş  kimilərinin nə Heydər Əliyevin, nə də ki, İlham Əliyevin iqtidara gəlməsində heç bir önəmli rolu olmayıb. Əksinə, sizlər bu hakimiyyətə həmişə "üz qarası" olubsunuz. Baxmayaraq ki, hazırın naziri olaraq ondan ən çox bəhrələnən də sizlər olubsunuz. 
"Bəsləyib-yemlədiyiniz" trollarınız hər addımda sizin "0" (sıfır)-dan necə bir möhtəşəm nazirlik yaratmanızdan danışırdılar. Ancaq həmin "möhtəşəm nazirlik" bircə dəfə də olsun hansısa iri masştablı bir yanğının qarşısını uğurlu şəkildə ala bilmədi. Bunun dəfələrlə şahidi olduq. Və sonunda da həmin "möhtəşəm nazirliy"in daxilində necə "möhtəşəm işlər" getdiyi aşkar oldu. Sonuncu məhkəmədə aydın olan ən dəhşətli fakt ondan ibarət oldu ki,  sən demə əməkdaşınız Zaur Mirzəyev, həmin "fəaliyyət"lə 10 ildən artıq imiş ki, məşğul imiş. İndi əgər bu, bir sıravi əməkdaşın çıxardığı oyundusa, onda gör nazirlikdəki yüksək rütbəlilər hansı hoqqalardan çıxırmış. Sonunda  o da məlum oldu ki, əslində FHN, nazirlikdən daha çox - xanımların nişan mərasimi üşün "hakuşka" söyləyib-əyləndiyi məkanından özgə bir yer deyilmiş. Bax bu da sizin hansı idarəetmə qabiliyyətinə malik olmanızın əyani sübutudur. 
***
 Ovladlarınızın çıxardığı "oyunlar" barədə də danışmaq istəməzdim. Zatən "Yutub" və "Google" onların əməlləri barədə materiallarla doludur. Hətta Hərbi komissarlıq qarşısından guya ki, "orduya könüllü yazılma" biabırçılığı faş olunandan sonra belə onların hansısa bir filantropluğunun şahidi olmadıq. Əksinə səs soraqları daima məhşur  lakşerlərdən gəldi. 
***
Ən azından FHN-dəki porno biabırçılığından sonra məm Kamallədin Heydərovun abırına qısılaraq istefa verib gedəcəyini düşünürdüm. Çünki azacıq da olsa özünə hörmət qoyan insan o biabırçılıqdan sonra qalıb işləməzdi. Amma Heydərov qaldı. Bəlkə də o vaxt sakitcə çıxıb getsəydi, heç özünün "Bəxtiyar proyekti" də uzə çıxmazdı. Ona görə də istefa verib gec də olsa gedin yoldaş Heydərov. Xəmiri xəyanətlə yoğrulmuş birisinin heç vaxt xoşbəxt sonluğu ola bilməz.
Ancaq siz getməyəcəksiniz. İmkan dərəcəsinə qədər qalıb dirəşəcəksiniz. Çünki siz, həm də kifayət qədər ağıllı birisisiniz. Ağılsız birisi illər uzunu qarşılaşdığı bu qədər ziqzaqları adlaya, dolaşıq  labirintləri keçə və hər dəfəsində "dənizdən quru çıxa  bilməzdi". Siz həm də onu da   yaxşı bilirsiniz ki, gedəcəyiniz gün haqqınızda nələr yazılacaq. Ancaq sizi yazılanlar yandırmayacaq-xeyr. Sizi onu yazanlar yandıracaq. Bəli-bəli, özünüz də yaxşı bilirsiz ki, həmin o "fövqaladə günlər"də məhz sinəniz üstündə bəslədiyiniz həmin o "qancıx" və "müəllimə"lərdən ibarət "giyena sürüsü" qabağa düşəcək. Sizin külünüzü məhz onlar havaya sovuracaq. Bax onda əmin olun ki, mən heç nə yazmayacam. O "möhtəşəm" mənzərəni seyr edib acı bir təbəssümlə "həzz" alacam. O mənə yetəcək. Bunu tam səmimi deyirəm. Çünki mən həmişə güclülərlə savaşmışam. Yıxılan, vurulan, tutulan, basdırılanlarla vuruşmaq mənim xarakterimə yad olub.
***
Bu həyatda Əli Həsənov qədər nifrət etdiyim ikinci birisi yoxdur. Bu gün də imkanım olsa tutub qanını sorub uf da demərəm. Amma buna baxmayaraq, hətta onun haqda belə "vurulandan" sonra bir kəlmə olsun yazmağı özümə sığışdırmadım. Sinəsi üstündə bəslədikləri agzının payını verdilər. O aqibət sizi də gözləyir. Ondan qaça bilməyəcəksiniz. Ona görə də sizə uzun ömür arzulayıram ki, bütün bunları görüb-yaşayasınız. Həm də ona görə yazıram ki, həyatdır-bəlkə mən sizdən qabaq dünyamı dəyişdim. Sağ ikən bu sözləri üzünüzə deyə  bilim. Arxadan deyilənlər adətən dabana dəyir. Həm də ləzzəti olmur..
Etibar Hüseynov_ protest

Çox oxunanlar