Dünən Xocalı faciəsinin anım günü idi. Bu tarix artıq neçə illərdir ki, həm də Əli Kərimlinin ziyarət məkanında növbəti " faciəvi komediya"sını oynaması ilə asosə olunur. Əvvələr onun tərəf müqabilində Ata Abdullayev olurdu. Onda Əlinin "tamaşa"sı daha asan idi və səhnə daha parlaq alınırdı. Amma təxminən 3 ildir ki, Ata ortalıqda yoxdu. Buna görə də son illər Kərimlinin "komediya"ları elə də maraqlI alınmır. Amma o elə ilk fürsətdəcə polisə, onlar da tələyə düşməyəndə, ətrafdakılardan kimlərəsə ilişib dəcəllik edir. Ötən "20 yanvar" günündə də biz bunun şahidi olmuşduq. Bu dəfə isə nə polis yaxına durdu, nə də ki, Kərimlinin bəhanə etdiyi "Gələcək Azərbaycan partiyası"nın adına "ağbayraqlılar" dediyi dəstə. Videolardan da görünür ki, həmin dəstə Əlinin şaykasından 20-30 metr aralı gəlir. Amma xeyri yoxdur: Kərimlinin mirzələri bunun adını yenə də təxribat qoyub, hay-küylə paylaşır ki, bəs "arxamızca təxribatçılar gəlirdi". Bax burda Kərimliyə sual verirəm ki, "lap tutaq ki, həmin dəstə sizinlə bir gedir- burda nə var axı?" Sən özünü "Rəsulzadə-Elçibəy yolu" nun yolçusu adlandırırsan, amma ildə bir dəfə də olsun nə musavatçılarla, nə də ki, klassik cəbhəçilərlə Novxanıya və ya Fəxri xiyabana birlikdə getməyi özünə sığışdırmırsan. İndi fəxri lideri Rəsul Quliyev olduğu sirr olmayan "Gələcək Azərbaycan partiyası" ilə birgə addımlamağı niyə özünə sığışdırmırsan? Axı sabah Rəsul Qulyev Amerikadan ( tem bolle də Amerikadan) vətənə dönsə, birincı özünü onun yanına verən sən olacaqsan axı. Ki, gedim görüm nə qoparda bilirəm. Necə ki, 4 il əvvəl, başda sən olmaqla, ümumi müxalifəti ən kəskin şəkildə söyüb, təhqir edən keçmiş Səhiyyə naziri Əli İnsanovun hüzuruna yollanıb irişə-irişə böyründə əyləşib, mətbuata poz verirdin. Və yaxud da 2012-ci ildə, Rusiyanın projesi olduğu məlum olan Rüstəm İbrahimbəyovun yanını kədirib, Putinə yalvarış dolu məktublara imza atan sən deyildinmi? İndi bu nə fors, bu nə ədadır?
Bir məqama da diqqətinizi çəkmək istərdim. Fikir verdinizsə "20 yanvar"dan fərqli olaraq, dünənki yürüşdə Əli Kərimli heç də əvvəlki təki nikbin əhval-ruhiyyədə deyidi. Təbii ki, bu qatıldığı faciə gününün ovqatından irəli gəlmirdi. Bu "parazit"in ayağı hələ də Xocalıya, Qarabağa dəyməyib. Ona görə də həmin gün Əli Kərimlinin "dəvəsi ölmüş ərəbə" oxşamasına səbəblər başqa idi. * Bildiyiniz kimi artıq 3 ildir ki, yəni Ukraynada müharibə başlayan gündən, Əli Kərimli "yuyulmamış qaşıq kimi ortaya düşüb" ukraynalıdan çox "xaxol"luq edirdi. Az qala iki gündən bir, Qənimətin efirinə çıxıb Zelensikiyə mədhiyyələr deyir, Qərbin, xüsusən də Amerikanın, Ukraynaya verdiyi hərbi-maddi dəstəkdən, Rusiyaya yönəldilən sanksiyalardan ağız dolusu danışıb qələbənin "vot-vot, uje" olduğunu söyləyirdi. Bununla da kifayətlənməyib, ukrayna saytlarına məqalələr yazır, və bu yazılarında da ağalarının xoşuna gəlmək üçün Zelenskiydən çox, Qərb və Amerikanı tərifləyirdi. Bu 3 il ərzində Əli Kərimli Ukrayna ordusunun ən kiçik uğuruna belə az qala papaq tullayıb sevinirdi. Halbuki 44 günlük müharibə dövründə hər-hansısa rayon və ya kəndimiz işğaldan azad olunanda, ikicə kəlməlik də olsun sevincini bölüşəcək bir status yazmağa canı çıxırdı.
***
İndi Ukrayna viran qalıb. Zelenskini diz üstə qoyublar. Amerika prezidenti açıq-aşkar "pulumuzu qaytar, yoxsa səni məhv edərəm" deyir. Dünən Nazirlər kabinetinin yığıncağından sonra Tramp jurnalistlərə dedi: "Keçmiş prezident Bayden adminstrasiyası çox böyük səhvə yol verib. ABŞ, Ukraynaya 350 milyard dollar, özü də hər-hansısa şərt qoymadan, ümumilikdə Avropa isə cəmi 100 milyard, onu da kredit şəkilində pul ayırıb. Bu yolverilməzdir. Biz bu cürə bədxərclik etsək bankrot ola bilərik. Ona görə də Ukrayna bu pulları qiymətli metallar hesabına olsa belə qaytarmalıdır. Bu gün bizim o metallara çox böyük ehtiyacımız var. Ukraynada isə onlar həddən artıq çoxdur. Əks halda, biz Ukraynanın təhlükəsizliyinə heç bir qarant vermirik. Ona görə də o bizimlə qeyd etdiyim istiqamətdə iqtisadi ilişgilər qurulmalı və bizim orada mövcudluğumuza şərait yaradımalıdır. Məhz bizim orada olduğımız müddətdə onların təhlükəsizliyinə təminat yarana bilər. Ukrayna, NATO-ya üzv olmaq arzusunu isə unutmalıdır. Bu münaqişəni daha da qızışdıra bilər. Zelenskiy göstərilən ümid və ehtimalı doğrultmadı. Müharibə isə sonsuzluğa qədər davam edə bilməz". Bax belə cənablar. Görün işlər nə yerə çatıb ki, dünən BMT-nin iclasındakı səsvermədə ABŞ, Rusiya əleyhinə olan qətnamənin səsverməsində, ilk dəfə olaraq Rusiyanın lehinə səs verən az sayda ölkədən biri olub.
Avropa isə hələ ki, nala-mıxa vurmaqla məşğuldur. Aydın məsələdir ki, o da öz pullarını havaya sovurmaq niyyətində deyil. Amerikasız isə heç deyil. O da, Ukraynanın Avropa Birliyinə qəbul olunması fikrindən uzaqdır. Viran qoyulmuş, milyonlarla qaçqını olan, iqtisadiyyatı bərbad gündə, dünyanın ən korrupsiyalı hökumətinə malik, dilənçi kökündə olan bir dövlət, kimin nəyinə lazımdır ki? Heç kimin. Artıq hamı öldürülmüş Ukraynanın dərisini necə bölmək barədə düşünür. Beləliklə böyük tamaşa bitdi. Pərdələr enmək üzrədir. Amerika və Avropa növbəti dəfə necə məharətli rejissor olduqlarını ortaya qoydular. Əslində bu yenilik deyildi. Onlar bu məharətlərini uzaq İraqdan tutmuş Gürcüstan, Ermənistan və bir çox ölkələrin də səhnələrində göstərmişdilər. Və bütün bunlardan sonra onlara "stavka" eləmək, tamaşalarında baş rol almaq üçün isə kor olmaq lazım idi. Bunun üçün də bir naşı təlxəkdən qəhrəman düzəldib, kütləyə təqdim etdilər. Onu ali səhnələrə çıxardıb ayaq üstə alqışladılar. Sonra da qoltuğuna qarpız verib yolladılar gedər-gəlməzə. Sonrası da məlum.
***
İndi isə onun xalqı və dövlətinin taleyini, onun iştirakı olmadan həll edirlər. O isə hələ indi ayılır. Dünyanın bəlkə də ən axmaq yəhudisi olduğunu indi dərk edir. Ancaq gecdir. Artıq meydanda tək və kimsəsizdir. İstifadə olunduqdan sonra atıldığının fərqindədir. İstefa verməyə hazır olduğunu söyləyir.
***
Düz 3 il əvvəl-Ukrayna onun əli ilə müharibəyə sürüklənəndə, ölkədə böyük bir "Zelenskiy bumu" yaşanırdı. Onda FB-də bir status yazıb paylaşdım. Dedim ki: " Mən Ukraynanı və ukrayna xalqını çox sevirəm. Və bu müharibədə də onun yanındayam. Onun qalib gəlməsi üçün dua edəcəm. Ancaq indiki belə oldu, onda cənab Zelenskinin iki yolu var: ya o, Rusiyaya qalib gəlib- tarixə adını qızıl hərflərlə yazmalı, (halbuki, bu heç bir normal düşüncə sahibinin ağlından belə keçmir) ya da əlinə silah alıb sonuna qədər vuruşaraq həlak olmalı, və ya intihar etməlidir. Əks halda Ukrayna xalqı özü onun boynuna kəndir keçirəcəkdi". O vaxt, profil şəklinə Ukrayna bayrağı qoyub, "Slava Ukrayina" qışqırıb, sinəsini yırtanlar, mənə "rusbaş", "qanmaz" deyib topa tutdular. İndi həmin kəslər gözə dəymir, səsləri çıxmır nədənsə. Bir çoxları isə valı dəyişib başqa nəğmələr oxuyur.
***
Elə Əli Kərimlinin də səsi batıb. Nə danışir, nə də ki yazır. Sual verirəm sənə Əli Kərimli: niyə dilini dinməzinə qoyub susursan? Niyə Amerika və Avropanın bu dərəcədə namərdliyinə qarşı bircə kəlmə də olsun etiraz səsini çıxarmırsan? Çünki çıxara da bilməzsən. Çünki sən də qulsan, nökərsən, təlxəksən! Çünki cınqırını çıxarsan, dilini dartıb boğazından çıxardarlar, xirtdəyini üzərlər. Bil ki, nə vaxtsa səndən də Zelenskiy kimi verdikləri pulun hesabını soracaqlar. O, heç olmasa bəd ayaqda ölkənin qiymətli metallarını verib canını qurtaracaq; sən neyləyəcəksən, ay yazzıX? Əli Kərimli, səndən soruşuram e - auuuu..
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30