Mitinqə icazə verilmədi. Əli Kərimli “qurtulduq” deyib dərindən nəfəs aldı. Mitinqlə bağlı son yazımda demişdim ki: “Əli Kərimlinin mitinqə çağırış videosuna baxanda səsində titrəmə, üzündə təlaş, gözlərində qorxu hiss olunur”. Və bunu da belə izah etmişdim ki, “Kərimli narahatdır ki, birdən hakimiyyət onunla “məzələnər”-mitinqə icazə verər..vayy məəə, onda bu yazıq nə günə düşər?
***
Bax ona görə də mitinqə (onsuz da gözlənilən) rədd cavabını necə deyərlər şükranlıqla qarşıladı. Səssiz, səmirsiz. Amma adətən bu rədd cavablarını odlu-alovlu qarşılayardı. Və həmən 2 həftə sonraya növbəti mitinq təyinatı ilə bağlı müraciət ünvanlayardı. Bu dəfə isə heç ona da risk eləmədi. Çünki Əli Kərimli istədiyinə nail oldu. İstək isə ondan ibarət idi ki, Tofiq Yaqublu və Əvəz Zeynallının vaxtından əvvəl azad olunma xəbəri göndəmdə olduğu bir vaxtda belə bir mitinq imitasiyası eləsin, və sabah desin ki “hakimiyyət mənim mitinq çağırışımdan qorxub bu addıma getdi”. Yoxsa kimdi Əli Kərimli kimi avantüristin çağırışına görə mitinqə gedən.
Son yazımda da qeyd eləmişdim ki, “ Əlinin oğlu Kanar adalarında, ailəsi Maldivdə kef eləyir. Kimdi yayın istisində gedib Kürdəxanıda agcaqanad yemləyən?”
***
Keçdi o günlər Əli Kərimli. Artıq vaxtı ilə min bir fırıldaqla ətrafına topladığın kütlə də ayılıb, sənə inanmır. Çünki artıq onlar da sənin nə qədər yalançı və riyakar olduğunun fərqindədir. Bax sənə sual edirəm: nədən 2 ilədən artıq müddətdə Əvəz Zeynallı bircə dəfə də olsun yadına düşmədi, məhz indi “asqırıb” ayıldın? Niyə neçə müddətdir ki, həbsdə olan Tofiq Yaqublu üçün məhz indi və nəticəsini əvvəlcədən bildiyin mitinq keçirmək qərarına gəldin? Adama deyərlər ki, belə tofiqsevərsənsə ailənlə, lap elə təkbaşına bir aclıq aksiyası keçırıb onunla həmrəylik nümayiş etdirərdin də. Bunun üçün də icazə-filan tələb olunmur ki. Niyə neçə müddətdən bəri həbsdə olan Bəxtiyar Hacıyevlə bağlı mitinq keçirmirsən? Yəqin onun da nə vaxtsa gündəmə gələcəyini gözləyirsən. Niyə Prezident, Parlament, Bələdiyyə seçkilərindən sonra aksiya elanı vermədin? Belə mitinq keçırən, belə xalqın qeydinə qalansansa elə qiymət artımına, və ya sərhədlərin bağlanmasını bəhanə edib mitinq elan edərdin də. Kim idi sənə mane olan? Əli Kərimli cavab ver- NİYƏ DA, NİYƏ?
Etibar Hüseynov
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00