Etibar Hüseynov: "Kİ-Şİ-Dİİ BU"

Əli Kərimli düz 6!!!  ildən sonra özündə cəsarət tapıb nəhayət ki, mitinq etmək qərarına gəldi. Bax burda deyiblər ee "Kİ-Şİ-Dİİ BU". Onun, bununla bağlı Qənimətə verdiyi müsahibəyə baxdım. Adam bu mitinq qərarı ilə bağlı o qədər ehtiyatla danışır ki. Görkəmdə həyəcan, səsdə titrəyiş, gözlərdə acizlik və qorxaqlıq. Rəhmətliyin oğlu, belə də mitinq təyin edərlər? Dədə-babadan görmüşük ki, mitinq elan eləyən qışqıra-qışqıra, pafosla danşır və sonunda da hakimiyyətə barmaq silkələyib, yumruğunu masaya çırpıb aksiyanın vaxtını və yerini elan eləyir. Amma burda başqa mənzərənin şahidi olursan.
***
Əli Kərimli sanki hakimiyyətə yalvarlr. Mitinqi də şəhərin mərkəzində deyil, "Məhsul" stadionunda keçirəcəyini bildirir. O "Məhsul"da ki, hal-hazırda orada təmir-tikinti işləri gedir. Bu məqam üçün də bildirir ki, "istəsələr ordakı qazıntıların üzərini yarım saata basdırarlar". İndi hamıda haqlı olaraq sual yaranır ki, nə üçün Əli Kərimli mitinq elanını bu qədər qorxaraq elan eləyir, səbəb nədir? Söyləyim. Əvvəla Əli Kərimli ən çox ondan ehtiyat edir ki, birdən kakimiyyət bununla "məzələnər" və mitinqə icazə verər. Bax onda vay məə.. Əli Kərimli hansı vəziyyətə düşər... Mitinqi kiminlə keçırəcək? Ətrafında kim qalıb ki? Nurəddin Məmmədli aldığı 5-3 manata görə əlacsızdıqdan  yenə də əvvəllər bunun böyrünə düşüb ora-bura gedirdi. Amma sonunda taqəti çatmadı deyə istefa verib getdi. İndi yanındakı Cəmil Həsənli də təxminən o gündədir. Yəni "matoru vurub", "buksura" ehtiyacı var. Gəlsə-gəlsə Tofiq Yaqublunun kürəkəni və qızı gələcək. Fuad Qəhrəmanlını görən kütlənin isə onun barədə oxuduqları və gördükləri yadına düşündə ürəyi bulanır. Ona görə də ağdamlılar demiş " nəynən Əliş?", " kimnən Əliş?"  Kim gələcək sənin mitinqinə? OĞLUN KANAR ADALARINDA, AİLƏN MALDİVDƏ KEYF ELƏDİYİ BİR VAXTDA, KİMDİ GEDİB SƏNƏ GÖRƏ KÜRDƏXANIDA AĞCAQANAD YEMLƏYƏN?
**
Bəs elə isə sual olunur, Əli Kərimli mitinqin baş tutmayacağını bilə-bilə nədən bu imitasiyaya gedir? Onu da deyim. Əli Kərimli mitinqlə bağlı Qənimətə verdiyi müsahibəsində ötəri də olsa həbsdə olan jurnalist Əvəz Zeynallının da adını çəkir. Onun da azad olunmasını istədiyini dilə gətirir. İndi sual olunur: Əli Kərimli,  nədən artıq neçə müddətdir ki, həbsdə olan Tofiq Yaqublu, o cümlədən də Əvəz Zeynallının azadlığı ilə bağlı mitinq keçirmirdin? NİYƏ MƏHZ İNDİ YƏNİ TOFİQ YAQUBLU ACLIĞA BAŞLAYANDA, ƏVƏZ ZEYNALLININ İSƏ AĞIR XƏSTƏLİYƏ MÜBTƏLA OLDUĞU BİLİNƏNDƏN SONRA MİTİNQ SEVDASINA DÜŞDÜN?
***
Bu ritorik sualın cavabını özüm də verim. Ona görə ki, bu adamların səhhəti ilə bağlı hakimiyyət tərəfindən azad olunma ehtimalı var- ona görə.  Çünki həmişə olduğu kimi yenə də istəyirsən ki,  hakimiyyətin atdığı addımı öz adına çıxasan ki, bəs: "GÖRDÜNÜZMÜ?, MƏHZ MƏNİM MİTİNQ ÇAĞIRIŞIMDAN SONRA HAKİMİYYƏT QORXUB BU GÜZƏŞTƏ GETDİ". Vəssəlam. Sənin başqa amalın yoxdu. Yaxşı bilirsən ki, Bakı Şəhər İcra hakimiyyəti mitinqə icazə verməyəcək. Sonra sən bir aydan sonraya növbəti tarixlə müraciət edəcəksən. Sonra yenə də, yenə də, yenə də. Və sonunda bu məsələ gündəmdən çıxacaq. Yəni həmişə olduğu kimi.
***
Amma əslinə qalanda Əli Kərimlinin bu çirkin niyyəti, hakimiyyətin ata bilməsi ehtimal olunan humanist addıma qarşı bir sobotajdır. Və Əli Kərimli də bunu yaxşı bilir. Amma bu onun eyninə deyil. Belə məqamlarda o əsl "Abyuzer"ə çevrilir. YƏNİ ÖZ ÇİRKİN MƏQSƏDİNƏ ÇATMAQDAN ÖTRÜ ƏN YAXIN ADAMLARINI BELƏ ƏZİB KEÇMƏYƏ HAZIR OLAN VARLIĞA..

Xəbər lenti
Çox oxunanlar