Tibilisidə Saakaşvili əleyhinə mitinq

Dekabrın 28-də Tbilisidəki prezident iqamətgahı qarşısında aksiya iştirakçıları Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin əfv edilməməsini tələb edən aksiya keçirib. Hadisə yerindən görüntülər Gürcüstan telekanalları tərəfindən yayımlanıb. Aksiyanı Saakaşvilinin hakimiyyəti dövründə əziyyət çəkən insanların təşkil etdiyi bildirilir. Onlar təhdid edirlər ki, eks-prezident əfv edilərsə, Gürcüstanda kütləvi etiraz hərəkatına başlayacaqlar. Biz prezident Salome Zurabişviliyə onun özünün dediklərini xatırlatmaq istəyirik ki, o, heç bir halda Saakaşvilini əfv etməyəcək və həbs olunduğu bütün 6 ili çəkməlidir”, - deyə etirazçılar bildirib

Xəbər lenti
Çox oxunanlar