Monqollar ayağa qalxdı. 13 polis xəsarət alıb

Ulan-Batorda etirazlar zamanı 13 polis yaralanıb, vandalizm halları var. Bu barədə dekabrın 6-da Monqolustan Polis Baş İdarəsinə istinadən “İkon” nəşri məlumat yayıb. Bildirilir ki, xəsarət alan polis əməkdaşlarından birinin burnu sınıb və o xəstəxanaya yerləşdirilib. Bundan başqa Monqolustan hökumət binasının şüşə qapı və pəncərələri sındırılıb, hasar uçub. Həmçinin hökumət sarayının qarşısında etirazçılar avtomobillərə ziyan vurub.
Bazar ertəsindən etibarən Ulan-Batorda kömür qalmaqalı fonunda mitinqlər keçirilir. Yerli media Monqolustandan Çinə ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyindən fərqli olduğunu bildirib. O cümlədən, 12,9 milyard dollar məbləğində ölkədən ixrac edilməli olan oğurlanmış kömür qiymətləndirilir.
Aksiya iştirakçıları oğurluqda iştirak edənlərin adlarının açıqlanaraq məsuliyyətə cəlb olunmasını tələb ediblər. Eyni zamanda KİV-in məlumatına görə, Çində kömür oğurluğu ilə məşğul olanlar edam edilib. Nümayişçilər hökumət binasına soxula bildikdən sonra paytaxt qubernatoru nümayişlərin zorakılıqla dağıdılması haqqında fərman verib. Həmçinin, Monqolustan hakimiyyəti narazı vətəndaşlarla dialoq üçün işçi qrup yaradıb.

Çox oxunanlar