Azərbaycanın Gürcüstandakı keçmiş səfiri Dursun Həsənovla vida mərasimi bu gün Bakıdakı Təzə Pir məscidində keçiriləcək.
protest.az xəbər verir ki, yaxınları mərhumun Bakıda dəfn olunacağını bildiriblər.
Dursun Həsənovl ötən gecə Bakıda, yaşadığı evdə dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Mərhum Dursun Həsənov əslən Gürcüstanın Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Həsənovun oğludur.
Mərhumun qardaşı Ramiz Həsənov Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri postunda çalışır.
Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00