Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Kimi Onoda ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı və özünü məşhur anime qəhrəmanı Naruto Uzumaki obrazında təqdim etdiyi videoya münasibət bildirib.
protest.az xəbər verir ki, nazir müəllif hüquqları ilə qorunan anime obrazlarından istifadə üçün mütləq hüquq sahibinin icazəsinin alınmalı olduğunu vurğulayıb.
“Əlbəttə, həmin paylaşım barədə məlumatım var. Ümumilikdə prinsip ondan ibarətdir ki, hər hansı obrazdan istifadə etmək üçün hüquq sahibinin icazəsi tələb olunur. Bu qayda hətta dövlət qurumlarına da aiddir”, - deyə Onoda mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, müəllif hüquqlarının açıq şəkildə pozulmaması belə, əsərin hüquq sahibinin niyyətindən kənar formada istifadəsi onun nüfuzuna və imicinə zərər vura bilər.
Onun sözlərinə görə, Yaponiya bu məsələ ilə bağlı mövqeyini diplomatik kanallar vasitəsilə ABŞ tərəfinə dəfələrlə çatdırıb.
“Biz müəllif hüquqlarına düzgün yanaşmanın təmin edilməsi üçün ABŞ ilə dialoqu davam etdirəcəyik. Ümid edirəm ki, belə hallar gələcəkdə təkrarlanmayacaq və həmin paylaşım daha da yayılmayacaq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış video paylaşmışdı. Videoda o, məşhur “Naruto” anime seriyasının baş qəhrəmanı Naruto Uzumaki obrazında təsvir olunub. Paylaşım anime pərəstişkarlarının tənqidi ilə qarşılanıb.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00