Bu il BDU-nu 6000-dək məzun bitirir

2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetini (BDU) 6000-dək təhsilalan bitirir.
Bu barədə protest.az-a BDU-nun Mətbuat xidmətindən bildirilib.

Ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.
BDU-da hazırda 16 fakültədə 1400-dək professor-müəllim heyəti çalışır, 25000-dən çox tələbə təhsil alır.
Universitetdə 114 kafedra, 2 elmi-tədqiqat institutu, 12 elmi-tədqiqat mərkəzi, 28 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və "Gənc istedadlar" liseyi fəaliyyət göstərir.
Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 349 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbər lenti
Çox oxunanlar