Əliyevdən Tehrana sərt xəbərdarlıq - “Bunu etməyincə, əlaqələr normallaşmayacaq...”

Tehrandakı səfirliyimizbə xain terror hücumundan 25 gün ötür. Ancaq rəsmi Tehran bu faciəvi olaya hələ də hüquqi qiymət verməyib, terrorçunu həbsxana əvəzinə, yalandan dəlixanaya göndərib. Yəqin ki, orada ona fars-molla rejiminə göstərdiyi “xidmətə” görə indi hər cür qayğı göstərilir. Ola bilsin heç dəlixanada da deyil, ev şəraiti olan bir yerdədir.
İran habelə Azərbaycandan rəsmən üzr istəməyib. Sanki belə bir hadisə heç baş verməyib. Rəsmi Tehranın səfirliyə hücumu və bir nəfərin qətlini ədalətli şəkildə araşdırmaq fikri də yoxdur. Halbuki söhbət iki qonşu ölkə arasında diplomatik münasibətlərin faktiki uzun müddətə qırılmasına gətirən terror aktından gedir.  
“Ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır”. Bu sözləri Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu təsdiqləyir: “Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik

Xəbər lenti
Çox oxunanlar