İran Azərbyacanda da terrora cəhd edəcək? faktlar və gözləntilər

☓əbər verdiyimiz kimi, yanvarın 27-də Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfəri isə yaralayıb. O.Əsgərov bu gün II Şəhidlər Xiyabanında dəfn edilib.

Mövzunun aktuallığını nəzərə alıb, analitik-ekspert Ramal Əliyevin fikirlərini öyrəndik. R. Əliyevin
 sözlərinə görə, cənub qonşumuz son dövrlərin ən terrorist dövlətinə çevrilməklə yanaşı, bunu qonşu dövlətlərə qarşı törətməkdən də çəkinmir:

Təəssüflər olsun ki, doğurdan da Azərbaycan Iran münasibətləri son dönəmlər gərginliyin ən pik həddinə çatmışdır. Görünən odur ki, Azərbaycanın yürütdüyü normal qonşuluq siyasətini Ermənistan dövləti anlamadığı kimi, İran fars dövləti də anlamaq istəmir.
İran fars dövləti yaxın keçmişdə hər nə qədər öz düşmənçilik siyasətini ölkəmizə qarşı gizlin və pərdə arxasından edirdisə, Azərbaycanın 44 günlük Qarabağda anti-terror əməliyyatından sonra bu düşmənçiliyi açıq müstəviyə keçirmişdir.
Əhalisinin az qala yarısını Azərbaycan türklərinin təşkil etdiyi İran fars dövlətini Azərbaycanın cənubi qafqazda iqtisadi və siyasi cəhətdən inkişaf etmiş bir dövlətə çevrilməsi ciddi narahat edir.
Bundan başqa İran fars molla rejimini narahat edən amillərdən biri də Azərbaycanın NATO-nun aparıcı dövlətlərindən biri olan və son 10 ildə öz xarici siyasətini dunyaya açıq aşkar diktə edən Türkiyə dövləti ilə səmimi dostluq, qardaşlıq münasibətləri eləcədə hərbi və iqtisadi cəhətdən güclü olan  Pakistan və İsrail dövlətləri ilə müttəfiqlik etməsidir. İran bunu da anlamalıdır ki, regionda və dünyada geosiyasi vəziyyət dəyişməkdədir. Ölkələr öz siyasi və iqtisadi maraqlarına görə müttəfiqliklər edir, bir -birləri ilə iqtisadi-hərbi sazişlər, müqavilələr bağlayırlar. İran onu da anlamalıdır ki, Azərbaycan İranın  daxili işlərinə qarışmadığı kimi, İranın da buna heç bir haqqı yoxdur. Amma təəsüflər olsun ki, İran bu siyasi etikaya əməl etməməkdədir. İran molla məmurları zaman-zaman minbərlərdən Azərbaycana təhdidlər yağdırır və Azərbaycanı özlərinin şimal əyaləti adlandırırlar. Bu da onu göstərir ki,İran öıkəmizə qarşı əsassız ərazi iddialarındadır. Əslində tarixi faktlarla bu iddia haqqı birmənalı olaraq Azərbaycan olaraq bizdədir. Belə olduğu halda təbii ki, İranla heç bir normal, səmimi qonşuluq münasibətlərindən  söhbət gedə bilməz. Bir-neçə gün öncə Tehran şəhərində bir səfirlik əməkdaşımıznda ölümü ilə nəticələnən səfirlik binasına Terror hücumundan sonra Azərbaycan -İran münasibətləri dahada gərginləşdi. Bu hadisədən qısa müddət sonra İsrailə məxsus olan Dronlar tərəfindən İranın bir-neçə silah-sursat anbarının və ştabının  vurulması artıq regionda vəziyyətin kritikliyini göstərdi. Düşünürəm ki,belə bir vəziyyətdə İran hansı təhlükəylə və hansi dövlətlərin güclü ordularıyla üz -üzə qaldığının fərqindədir. Belə bir vəziyyətdə İranın Azərbyacana hərhansı bir hərbi həmləsi avtomatik olaraq onu Türkiyə (NATO), Izrail   hətda güclü Pakistan ordusu ilə üz-üzə qoya bilər. Belə olduğu halda İran  qısa müddət ərzində süquta oğrayacaq və bir-neçə hissəyə parçalanacaqdır. Son dönəmlər İranın daxilindəki narazı xalqın davamlı rejimə qarşı olan etirazları da nəzəzrə alsaq İranın muharibə risqinə getməsi  inandırcı görünmür.

Ramal Əliyev İranın yürütdüyü siyasətin Zəngəzur dəhlizi ilə bağlılığından da danışdı. Onun sözlərinə görə, İranın narahatlığının əsas səbəblərindən biri də məhz dəhlizdir:

"Ümumiyyətlə İran fars molla rejimi birmənalı olaraq Zəngəzur dəhlizinin də açılmasının əleyhinədirlər. İran prezidenti və dini lideri dəfələrlə Zəngəzur dəhlizi barədə sərsəm açıqlamalar vermişlər, hətda Zəngəzur dəhlizini "Ermənistanla  1000 illik tarixi sərhədimiz" adlandırmışlar. Buna cavab olaraq prezident İlham Əliyev "Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açilacaqdir " açıqlaması da onu göstərir ki , ya diplomatik, ya da qısa müddətli antı -terror əməliyatı ilə Zəngəzur dəhlizi açılacaqdır .Bir sözlə İran istəsə də, istəməsə də iqtisadi və siyasi cəhətdən inkişaf etmiş Azərbaycanı və Türkiyə -Azərbaycan muttəfiqliyini qəbul etməlidir. Regionla bağlı istənilən xarici siyasət Azərbaycan və Türkiyə ilə müzakirə olunmalıdır. Əks halda İran özünü bir dövlət olaraq parçalanma ilə üz -üzə qoyacaqdır, düşünürəm ki, İran bunun fərqindədir."


Son dövrlər DTX-nin İran agentura şəbəkəsinin üzvlərinin həbslərinə də toxunan Ramal Əliyev, daha həyəcanlı siqnallar verdi:

"Təəsüflər olsun ki, İran xüsusi xidmət orqanlarının ölkəmizdə din adı altında ələ aldığı şəxslər az deyildir. Uzun illər ərzində İran molla rejimi müəyyən boşluqlardan istifadə edərək xeyli sayda azərbaycan vətəndaşlarını öz mollalarinin təqlidinə sala bilmişdir. Bu da çox həssas, eynizamanda təhlükəli bir haldir. Cünki, xain bir dövlətin din məmurlarına birmənali təqlid edən bir şəxsi istənilən vaxt İrandan verilmiş bir fətfa ilə öz dövlətinə qarşi qoymaq mümkündür.
Hər nə qədər DTX belə şəxsləri və qurupları zərərsizləşdirsə də, belə şəxslərin ölkədə törədə biləcəyi terror təhlükəsi mövcuddur. Ələlxüsus da bu ərəfələrdə hüquq mühafizə orqanları ilə yanaşı hər bir vətəndaş ayıq-sayıq olmalı və şubhələndiyi şəxslər barədə aidiyyəti qurumlara dərhal məlumat verməlidir. Məkirli niyyətlərini həyata keçirtmək üçün İranın apardığı mübarizə metodlarından biri də İranın Qum şəhərində təhsil almış və İran dövləti tərəfindən maliyyələşən sapı özümüzdən olan baltalar vasitəsi ilə sosial şəbəkələrdə inqilabi cağirişlar etməkdir. "Huseyniyyun" təşkilatının üzvləri olan bu şəxslər əsasən İran, İraq, Ukrayna, Rusiya və digər dövlətlərdən sosial şəbəkələr vasitəsi ilə ölkənin daxilində dini-etnik, siyasi zəmində çağırışlar etmələri və açıq-aşkar terrora səsləmələridir. Məyus edici məqam orasindadir ki, bu şəxslərin sosial şəbəkə hesablarında minlərcə izləyici gənclər var. Bu gənclər həmin şəxslərin səmimiyyətinə inanıb onları mədh edir və onların videoçarxlarının şərh bölümündə “Ləbbeykə ya Xamneyi”yazırlar. Bu da artıq belə gənclərin digər məsələlərdə baxışlarını açıq şəkildə ortaya qoyur. Ümumiyyətlə insanlarımız tək bu ərəfələrdə deyil, həmişə ayıq-sayıq olmalı onları başqa dövlətlərin xüsusi xidmət orqanlarının təsirinə salan dini-ideoloji cərəyanlardan uzaq olmalı, gözəl dinimiz olan islamın əsil mahiyyətini İran mollarından, yox müqəddəs kitabımız Qurani kərimdən anlamağa çalışmalıdırlar.
Layiqli bir müsəlman olmaq üçün mütləq İranı sevməlisən anlayışı mövcud deyildir.
Hər bir vətəndaşımız özünə bele bir sual unvanlamalidir , niyə də öz dövlətimi sevən bir müsəlman olmayim? İranin bu mənada təbliğ etdiyi dini ideolojiya bir vətəndaşa öz dövlətinə nifrət aşılayır. Bu da məqsədyönlüdür."

Çox oxunanlar